Icma.az
close
up
RU
AMEA nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafik göstəricisi nəşr olunub

AMEA nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafik göstəricisi nəşr olunub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının tərtibatında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tanınmış dilçi-türkoloq alim və pedaqoq Əbülfəz Aman oğlu Quliyevin 75 illik yubileyi münasibətilə həyatı, elmi-ictimai fəaliyyətini əks etdirən biblioqrafik göstəricisi nəşr olunub. 

AMEA Naxçıvan Bölməsindən “Xalq” qəzetin verilən məlumata görə, nəşr olunan biblioqrafik göstəricidə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Qərarı, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyət və ədəbiyyat xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb. Bununla bərabər, alimin elmi və pedaqoji fəaliyyətini əks etdirən monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi və elmi-kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri, dissertasiyalara rəhbərlik və opponentlik işləri daxil edilib. Həmçinin biblioqrafiyada alimin həyatının əsas tarixləri göstərilmiş, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk verilmiş, əsərləri, özü haqqında nəşr olunan yazılar, Azərbaycan dilinin tarixi və türk dillərinin tarixini geniş təbliğ edən müxtəlif səviyyəli konfrans, simpozium və elmi seminarlarda etdiyi çıxış və məruzələri öz əksini tapıb. 

Göstəriciyə daxil edilmiş materiallar dillər üzrə əlifba sırası ilə xronoloji qaydada və vahid ardıcıl nömrələnmə əsasında verilib. 

“Elm” nəşriyyatında işıq üzü görən 264 səhifəlik biblioqrafiyanın elmi redaktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, tərtibçiləri Mahnur Həsənova və Aliyə Əbülfəzqızı, redaktorları isə filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Nərgiz Novruzovadır. 

Səbuhi Həsənov
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri