Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində tanınmış tarixçi alim Anar İsgəndərovla görüş keçirilib

AMEA Naxçıvan Bölməsində tanınmış tarixçi alim Anar İsgəndərovla görüş keçirilib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

AMEA Naxçıvan Bölməsində Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, tarix elmləri doktoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovla görüş keçirilib.

525.az xəbər verir ki, görüşdən əvvəl qonaq Akademiyanın sərgisi ilə tanış olub, burada Naxçıvanın qədim tarixi, arxeoloji tapıntılar və elmi nailiyyətləri əks etdirən kitab və monoqrafiyalarla maraqlanıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonağa ziyarətinə görə minnətdarlığını bildirib və bu görüşün Bölmə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, Anar İsgəndərovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünə və azərbaycanlıların soyqırımı məsələlərinə dair dəyərli tədqiqatlarından danışıb. Akademik vurğulayıb ki, professor Anar İsgəndərov öz dəst-xətti, səmimiyyəti və elmi fəaliyyətindəki ardıcıllığı ilə seçilən tanınmış alimlərdəndir. O, həmçinin çoxsaylı elmi əsərlərin, monoqrafiyaların və dərs vəsaitlərinin müəllifi kimi Azərbaycan tarix elminin inkişafına böyük töhfələr verib.

İsmayıl Hacıyev çıxışında AMEA Naxçıvan Bölməsinin yaranması və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən də bəhs edib. O, Ulu Öndərin müəyyən etdiyi istiqamətlər əsasında Bölmənin bu gün də uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Akademik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elmin, təhsilin və milli tarixşünaslığın yeni mərhələyə qədəm qoyduğunu xüsusi qeyd edib.

Anar İsgəngəndərov bu görüşdən məmnunluğunu ifadə edib. Professor Azərbaycan tarixinin dövlətçilik ənənələrindən, torpaqlarımızın qaytarılması proseslərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən bəhs edib.

Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev çıxış edərək Anar İsgəndərovun elmi fəaliyyətindən, onun gənc tədqiqatçılar üçün örnək olan elmi məktəbindən danışıb.

Tədbirdə həmçinin AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı Zeynəb Quliyeva çıxış edib. O, belə bir görüşün təşkilinə görə həm AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyevə, həm də professor Anar İsgəndərova minnətdarlığını bildirib, bu kimi elmi görüşlərin Naxçıvanda elmi mühitin inkişafına təkan verdiyini vurğulayıb.

Səmimi və elmi müzakirə ruhunda keçən görüşdə Azərbaycanın tarixi irsinin araşdırılması, gənc alimlərin fəaliyyətinə dəstək, elmi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

Sonda professor Anar İsgəndərov göstərilən qonaqpərvərliyə görə AMEA Naxçıvan Bölməsinin rəhbərliyinə təşəkkür edib, Naxçıvanda aparılan elmi tədqiqatların ölkə miqyasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda xatirə şəkli çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri