Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində yubiley tədbiri keçirilib

AMEA Naxçıvan Bölməsində yubiley tədbiri keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımovun 50 illik və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın 60 illik yubileyləri qeyd olunub.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hər iki əməkdaşın zəngin elmi yaradıcılığından bəhs edib. Yubilyarları təbrik edən bölmə sədri onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayaraq, hər iki əməkdaşı AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “50 ilin işığında” adlı məruzəsində bildirib ki, 1976-cı il iyulun 19-da Culfa rayonunun Əlincə kəndində doğulan Ramiz Qasımov Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr və magistratura pillələrini bitirib, pedaqoji fəaliyyəti dövründə “İlin müəllimi” adını qazanıb.
2004-cü ildən fəaliyyətini akademiya ilə bağlayan Ramiz Qasımov 2005-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktoranturasına daxil olur,  “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” adlı dissertasiyanı 2011-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2025-ci ildə isə “Azərbaycan tənqidi realizminin poetikası” mövzusunu uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. O, 10-dan çox monoqrafiya və kitabın, 350-dən çox elmi, o cümlədən yüzlərlə elmi-publisist məqalənin müəllifidir.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent İlhami Əliyev “Mənalı ömrün 60 ili” adlı məruzəsində qeyd edib ki, 1966-cı il iyulun 19-da Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olan Sara Hacıyeva Naxçıvan Dövlət Universitetinin Tarix ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 1999-cu ildən Naxçıvan Regional Elm Mərkəzində (Hazırkı AMEA Naxçıvan Bölməsi) fəaliyyətə başlayan Sara Hacıyeva  2009-cu ildə “Naxçıvanın Orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər, tarix-mədəniyyət abidələrimizin nümunəsi kimi” dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru, 2013-cü ildə isə dosentlik elmi adını alıb. Hazırda doktorluq dissertasiyası üzərində işləyən Sara Hacıyeva 3 monoqrafiya və 120-yə yaxın elmi məqalənin müəllifidir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Yazıçılar Birliyinin sədri Asim Yadigar, dosent Əli Həşimov, tarix elmləri doktoru Zeynəb Quliyeva, şair Alməmməd Elaroğlu, professor Sevinc Abbasova və dosent Nurlana Əliyeva çıxış edərək yubilyarlara xoş arzularını çatdırıblar.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxışında həmkarı və həyat yoldaşı olan Ramiz Qasımovun elmi fəaliyyətindən, fədakar alim və nümunəvi ailə başçısı keyfiyyətlərindən bəhs edərək, onun elmlər doktorluğu müdafiəsi zamanı keçirdiyi qürur hisslərini bölüşüb. Atasının diqqəti ilə övladları Suat və Suay Qasımlıların uğurlarından bəhs edən Zülfiyə İsmayıl yubilyara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Həmçinin yubilyarın qızı Suay Qasımlı da atasının həm bir valideyn, həm də elm adamı kimi ona göstərdiyi dəstək və örnək xüsusiyyətlərindən danışıb.

Sonda çıxış edən yubilyarlar filologiya elmləri doktoru Ramiz Qasımov və dosent Sara Hacıyeva onlara göstərilən yüksək diqqət, qayğı və təbriklərə görə tədbir iştirakçılarına və bölmə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə yubilyarlara bölmə rəhbərliyi, tədbir iştirakçıları və AMEA Naxçıvan Bölməsi Həmkarlar Təşkilatı tərəfindən hədiyyələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri