Icma.az
close
up
RU
AMEA nın 100 dən artıq yeni nəşri ictimaiyyətə təqdim olunub

AMEA nın 100 dən artıq yeni nəşri ictimaiyyətə təqdim olunub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi başa çatıb.

“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunan sərgidə 18 ölkədən 41 beynəlxalq təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edib.

Yeddi gün ərzində sərgidə müxtəlif formatlarda 250-dən çox tədbir keçirilib. Uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüziv və digər aktual mövzularda kitab təqdimatları, avtoqraf günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, eləcə də kitab sənayesinin nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil olunub.

Sərgiyə gələnlər kitab bazarındakı ən son nəşrlərlə tanış olub, müəlliflər və naşirlərlə ünsiyyət qurub, canlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. 

Sərginin bağlanış mərasimində müxtəlif fəallıqlar üzrə qaliblər mükafatlandırılıb.

“Ən yaradıcı stend” nominasiyasında “Mayak” nəşriyyatı, “Ən çox oxunan yazıçı” nominasiyasında Çingiz Abdullayev, “Fəxri yazıçı” nominasiyasında isə Rüstəm Behrudi mükafatlara layiq görülüb.

XI Bakı Beynəlxalq Kitab Sərgisində AMEA da uğurla iştirak edib. Akademiyanın təmsil olunduğu stend zəngin resursları ilə müxtəlif kateqoriyadan olan ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə AMEA-nın nəşrləri iki istiqamətdə - “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” və “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzularında təqdim olunub.

“Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbir çərçivəsində AMEA-nın 80 illiyi ilə bağlı nəşr olunmuş 52 adda monoqrafiya, biblioqrafiya və tanıtım kitabı ictimaiyyətə təqdim olunub. Arxiv sənədləri əsasında hazırlanan və müxtəlif istiqamətləri əhatə edən bu kitablar ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün aspektlərini, Məhəmməd Füzuli, Nizami Gəncəvi kimi mütəfəkkirlərin, AMEA-nın təsisçiləri və simaları, sabiq prezidentləri və digər görkəmli şəxsiyyətlərin zəngin irsini əhatə edib.

“Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzusuna həsr olunan növbəti tədbir çərçivəsində isə AMEA tərəfindən Zəngəzurla bağlı hazırlanmış 56 kitabın təqdimatı keçirilib. Bu nəşrlər Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı tarixi, folklor və mədəni irsi əks etdirən, bölgənin həqiqi tarixini elmi əsaslarla üzə çıxaran mühüm tədqiqat əsərləridir.

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində, həmçinin AMEA-nın bir sıra elmi müəssisələri ilə Mərakeş Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Belə ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumları imzalanıb. Eyni zamanda, AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Mərakeş Krallığının Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.

XI Bakı Beynəlxalq Kitab Sərgisi böyük izdiham və möhtəşəm atmosferlə yadda qalıb.

Qabil Yusifoğlu
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri