Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

“AMEA nın 2025 2030 cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” layihəsi elmi ictimaiyyətə təqdim olunub

“AMEA nın 2025 2030 cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” layihəsi elmi ictimaiyyətə təqdim olunub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

AMEA-nın Ümumi Yığıncağında İşçi qrupun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA-nın 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsini təqdim edib.

Qeyd edib ki, müzakirəyə təqdim edilən “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” iki əsas bölmədən ibarətdir.

AMEA-dan XQ-ə verilən məlumata görə, birinci bölmədə dünyanın qlobal çağırışları, dünya elminin yeni inkişaf meylləri, ictimai və humanitar elmlərin yeni inkişaf trendləri, konsepsiyanın əsaslandırılması, hədəfləri, məqsəd və vəzifələri, Akademiyanın tarixi inkişaf xronikası və yeni hüquqi statusu, elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsinin əsas istiqamətləri yer alıb. Bunlardan əlavə, Konsepsiyanın icrası üzrə zaman ardıcıllığı, icra və icraya nəzarət mexanizmləri, monitorinq sistemi, nəticə indiqatorları da burada əksini tapıb. O vurğulayıb ki, bütövlükdə konsepsiyanın birinci bölməsini yaxın beş il müddətində Akademiyada inkişaf proseslərini effektiv və davamlı təşkil etmək üçün elmi-fəlsəfi çərçivə sənədi kimi dəyərləndirmək mümkündür.

Sərxan Xavəri bildirib ki, konsepsiyada onun hazırlanması və icrası zərurəti qlobal, regional və lokal səviyyələrdə olmaqla 3 mühüm amillə izah olunur.

Birinci amil müasir dünyanın qlobal inkişaf tendensiyaları ilə bağlıdır. Dördüncü Sənaye inqilabı, süni intellekt, Big Data və rəqəmsal texnologiyaların yeni reallığa çevrilməsi, yaşıl çağırışların, humitar dəyərlərə, xüsusilə praktiki humanitar alətlərə dönüşün bəşəriyyətin mövcudluq şərtinə çevrilməəsi müasir dövrün əsas reallıqları kimi özünü göstərir. Belə bir şəraitdə elm xüsusi strateji əhəmiyyət və məzmunu kəsb edir ki, konsepsiyanı dünyada gedən bu proseslərə adekvat reaksiya və rezonans kimi dəyərləndirmək mümkündür.

İkinci amil ölkəmizin və regionun yeni geosiyasi reallıqları ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tarixi Zəfərdən sonra Azərbaycan regionda və dünyada yeni geosiyasi reaallıqlar yaradaraq öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə ölkəmizin əsas hədəfləri qüdrətli dövlət, kreativ millət və modern cəmiyyət quruculuğudur. Bu hədəflər isə ən çox elm qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Bu hədəflər konsepsiyanın da hazırlanmasını şərtləndirir.

Üçüncü amil respublikada elmin yeni inkişaf mərhələsi ilə bağlıdır. Məlumdur ki, 2022-ci ilin sonlarından AMEA-da akademik İsa Həbibbəylinin ideya müəllifliyi və bilavasitə icraçılığı ilə çoxşaxəli islahatlara başlanılmışdır. Artıq islahatların birinci mərhələsi tamamlanmış, növbəti mərhələyə keçid üçün əlverişli zəmin hazırlanmışdır. Konsepsiya həm də bu zəmin mərhələsindən sonra islahatların növbəti dalğasının ideya-fəlsəfi və inzibati-təşkilati platformasını təşkil edir.

Məruzəçi qeyd edib ki, konsepsiyada çoxsaylı və çoxçeşidli fəaliyyət istiqamətləri, məqsədlər, vəzifələr, onların icrası üçün tədbirlər əks olunub və onları üç əsas hədəf üzrə ümumiləşdirmək mümkündür: “Birinci hədəf ən modern nəzəri-metodoloji səviyyədə araşdırmaların aparılması ilə Akademiyanı fundamental araşdırmaların əsas mərkəzinə çevrirməkdir. İkinci hədəf ictimai və humanitar elmi müəssisələrin fəaliyyət göstərdiyi Akademiyada əsas vəzifələrdən biri bu istiqamətdə fəaliyyətin dövlətin mədəni-mənəvi, ideoloji sahədəki inkişafına yönəldilməsidir. Üçüncü hədəf respublika üzrə elmi koordinasiya sahəsindəki mərkəzi funksiyasını yeni keyfiyyətdə və yeni səviyyədə həyata keçirməsinə funksional olaraq nail olmaqdır”.

Məruzədə qeyd olunub ki, bu hədəflər öz hüquqi əsasını cənab Prezidentin təsdiq etdiyi Akademiyanın yeni Nizamnaməsindən, mənəvi, əxlaqi cavabdehlik səlahiyyətini isə Akademiyanın 80 illik tarixindən və bu tarix ərzində Azərbaycan xalqının sosial tərəqqisində, ictimai fikir tarixində oynadığı müstəsna roldan götürür.

S.Xavəri bildirib ki, konsepsiyanın ikinci bölməsi “Yol Xəritəsi”dir və burada Akademiyanın inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə çatmaq üçün çoxsaylı və çoxçeşidli tədbirlər əksini tapıb.

“Konsepsiyanın əsas fəlsəfi platformasını forsayt, gələcəyi görmə metodologiyası təşkil edir. Konsepsiyada bu metodologiyaya əsaslanaraq yaxın beş ildə elmin inkişafı üzrə mümkün ssenarilər araşdırılmış, onlara hazır olmaq üçün strategiyalar müəyyənləşdirilmiş, onların icrası mexanizmləri hazırlanmışdır. Konsepsiyanın və Yol Xəritəsinin icrasına Akademiyanın 6 elmi bölmə, 2 regional bölmə, 10 elmi tədqiat müəssisəsi, 2 regional elmi mərkəzi, 4 təşkilat, 16 Rəyasət Heyəti şöbəsi olmaqla cəmi 40 qurumu icraçı qismində cəlb olunmuşdur”, - deyə alim diqqətə çatdırıb.

Təqdimatdan sonra müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsinin nəzərdə tutulan müddəalara uyğun hazırlandığını diqqətə çatdırıb, İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib.

Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi AMEA-nın Ümumi yığıncağının müvafiq qərarı ilə təsdiq olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri