Icma.az
close
up
RU
“Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” AMEA nın yeni nəşri

“Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” AMEA nın yeni nəşri

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

AMEA-da Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halının, çoxcəhətli siyasi-dövlətçilik fəaliyyətinin və mübarizəsinin bütün mərhələlərini əks etdirən “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental kollektiv monoqrafiya işıq üzü görüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, 5 fəsildən ibarət monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilir. Ulu Öndərin ömür salnaməsinin şərəfli səhifələri, onun görkəmli dövlət xadimi olaraq dünya siyasi arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyasının formalaşmasında, elm və təhsilin, ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətləri, milli xarici siyasət modelinin müəyyənləşməsindəki fəaliyyəti, davamlı və məqsədyönlü fəaliyyəti real faktlar əsasında əks etdirilib. Kitabda Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı və ərazi bütövlüyümüzün təmin edilməsindəki tarixi xidmətləri elmi şəkildə şərh və təqdim olunur.

Monoqrafiyanın müəlliflər heyəti uzun illər ərzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında çalışan tanınmış Azərbaycan alimlərindən ibarətdir.

Tədqiqat əsərinin ideya müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın akademik-katibi akademik Arif Həşimovdur. Kitab AMEA-nın “Elm” nəşriyyatında çap olunub.

“Azərbaycanın dünyamiqyaslı görkəmli dövlət xadimi” adlanan birinci fəsil akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu və mübarizəsi: siyasi portretin miqyası” məqaləsi ilə başlayır. Bu fəsildə, həmçinin digər alimlərimizin “Müstəqil Azərbaycan dövlətinin qüdrətli memarı”, “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev: dövrü və dünyagörüşü”, “Azərbaycan Respublikasının neft strategiyası. “Əsrin müqaviləsi”, “Ümummilli Liderlik missiyası”, “Azərbaycanı dünya meridianlarına çıxaran dahi”, “Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil dövlətçilik fəlsəfəsi”, “Heydər Əliyevin milli təhlükəsizlik və ordu quruculuğu sahəsində fəaliyyəti”, “Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında rolu”, “Heydər Əliyev və Azərbaycanda gender siyasəti” mövzusunda məqalələr yer alıb.

“Azərbaycançılıq ideologiyasının banisi” adlı ikinci fəsildə “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Heydər Əliyev və Azərbaycanın dövlət dili siyasəti” və “Heydər Əliyev və Cənubi Azərbaycan” məqalələri verilib.

Üçüncü fəsil “Azərbaycanın elm və təhsilinin böyük hamisi və bələdçisi” adlanır. Bu fəslə “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” və “Heydər Əliyevin akademiklik seçkisi və akademiyanın dövlətçilik dərsləri”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” adlı məqalələr daxil edilib.

“Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” adlı dördüncü fəsildə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövlət idarəçiliyi siyasətində milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyası”, “Heydər Əliyev obrazı təsviri sənətdə” başlıqlı araşdırmalar yer alıb.

Beşinci fəsil “Xarici siyasətin Heydər Əliyev modeli” məsələsinə həsr edilib. Bu bölmədə “Heydər Əliyevin xarici siyasət kursu: Qələbə diplomatiyası”, “Heydər Əliyev və Şərq”, “Heydər Əliyev və Türk dünyası” adlı məqalələr toplanıb.

Monoqrafiyanın “Nəticə” hissəsini akademik İsa Həbibbəylinin “Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” məqaləsi əhatə edir.

Qeyd edək ki, monoqrafiyanın plan-prospekti və müəlliflər heyəti AMEA Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra müvafiq qərar əsasında hazırlanaraq nəşr edilib. Bu əsər Ulu Öndərin keşməkeşli və mənalı həyatı və mübarizə yoluna, Ulu Öndərin çoxcəhətli fəaliyyətinin əsas istiqamətlərinə həsr edilmiş ilk fundamental monoqrafik tədqiqatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri