Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsi alimlərinin yeni çapdan çıxmış kitabları ictimaiyyətə təqdim olunub

AMEA Naxçıvan Bölməsi alimlərinin yeni çapdan çıxmış kitabları ictimaiyyətə təqdim olunub

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Eski Türkçede şahıs adları (Ötüken ve Turfan türklerinin antroponimleri)” və “Bütöv Azərbaycanı ikiyə bölən məkan: Türkmənçaya bir baxış”, həmin institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Mən sözə söykənmişəm” və “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” kitablarının təqdimatı keçirilib.

Bu haqda bölmənin mətbuat xidmətindən “Xalq qəzeti”nə məlumat verilib. Məlumatda qeyd olunur ki, təqdimat mərasimini giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq hər iki alimin elmi, yaradıcı fəaliyyətindən danışıb, ictimaiyyətə təqdim olunan kitabların hər biri haqqında ümumi məlumat verib.

Əvvəlcə professor Əbülfəz Quliyevin “Eski türkçede şahıs adları (Ötüken ve Turfan türklerinin antroponimleri)” kitabından bəhs edən natiq bildirib ki, əsər Orxon-Yenisey abidələri və XI əsrə aid Uyğur-Oğuz antroponimlərinin araşdırıldığı tədqiqat əsəridir. Qeyd olunan antroponimlər özünəməxsus şəkildə təhlil edilmiş, maraqlı tədqiqat əsəri ərsəyə gəlmişdir. Əsərin Türkiyə türkcəsində nəşr olunması daha geniş arealda yayılmasına və oxunmasına xidmət edir.

“Bütöv Azərbaycanı ikiyə bölən məkan: Türkmənçaya bir baxış” əsəri Türkmənçay kəndinin yaranma tarixi, adının etimologiyası barədə müfəssəl məlumat verən, bölgə ilə bağlı folklor, xüsusilə etnoqrafik materiallarla zəngin əsərdir. Əbülfəz Quliyevin fars dilindən ana dilimizə tərcümə etdiyi kitab xalqımızın sahib olduğu adət-ənənələr, inanclar, eləcə də mənəvi dəyərlərimizin öyrənilməsi baxımından olduqca maraqlıdır.

Folklorşünas alim Elxan Məmmədovun (Yurdoğlu) çoxşaxəli və yaradıcı fəaliyyəti haqqında fikir bildirən bölmə sədri qeyd edib ki, “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” və “Mən sözə söykənmişəm” əsərlərində  mətbuatda fəallığı ilə seçilən müəllifin ötən 10 ildə qələmə aldığı məqalələri, düşüncələri, resenziyaları, müsahibələri, məktubları, ədəbi-bədii tədbirlərdəki çıxışları, ayrı-ayrı adamlar haqqındakı portret yazıları, müxtəlif kitablara yazdığı ön sözlər, həmçinin müəllifin kitablarına yazılmış ön sözlər, kitabları haqqındakı resenziyalar, ona ünvanlanmış məktublar və sair yer alıb. Kitablarda müəllifin müvafiq olaraq 2015-2019 və 2020-2024-cü illərdə mətbuatdakı fəaliyyətinin nəticələri toplanıb.

Akademik vurğulayıb ki, alimin kitablarında da aydın hiss olunan yenilikçi düşüncəsi, təşəbbüskarlığı, çoxcəhətli fəaliyyəti gənc tədqiqatçılar üçün örnəkdir.

İsmayıl Hacıyev yeni nəşr olunmuş əsərləri münasibətilə müəllifləri təbrik edib, onlara yeni-yeni elmi və yaradıcılıq uğurları arzu edib.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Qədim türk dilində şəxs adlarının öyrənil­məsinə dəyərli töhfə”, həmin institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova “Bütöv Azərbaycanın parçalan­masın­dan bəhs edən əsər”, institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” əsəri haqqında düşüncələr” və aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Mən sözə söykənmişəm” əsəri haqqında söz” başlıqlı məruzələr ediblər.

Məruzələrdə kitablar geniş təsvir olunub, əhatə etdikləri fəsil və bölmələr ardıcıl və sistemli təhlil olunub.

Tədbirin sonunda çıxış edən müəlliflər ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər, yaradıcılıqlarına göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri