Icma.az
close
up
RU
AMEA nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi qeyd olunub

AMEA nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi qeyd olunub

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli botanik alim, Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.
SİA xəbər verir ki, AMEA Rəyasət Heyəti və Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə baş tutan yubiley mərasimində dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri, BDU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları, eləcə də alimin ailə üzvləri və yaxınları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq ölkəmizdə tanınmış alimlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunmasının artıq ənənə halını aldığını bildirib. Qeyd edib ki, bu nəcib ənənənin əsasının qoyulmasında Ulu Öndər Heydər Əliyevin elmə, ziyalılara və milli intellektual irsə göstərdiyi xüsusi diqqət və qayğı müstəsna rol oynayıb. Akademik İradə Hüseynova hazırda ölkə Prezidenti İlham Əliyevin həmin siyasi xətti uğurla davam etdirərək Azərbaycan elminin inkişafına və alimlərimizin əməyinin yüksək dəyərləndirilməsinə ardıcıl şəkildə diqqət ayırdığını vurğulayıb.

O, dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki parlaq nitqində və yerli mətbuata verdiyi müsahibəsində elm və təhsilin inteqrasiyası məsələsinə xüsusi önəm verdiyini söyləyib. Bildirib ki, cənab Prezident çıxışlarında bu iki sahənin qarşılıqlı vəhdətini ölkənin uzunmüddətli və dayanıqlı inkişafının əsas dayaqlarından biri kimi dəyərləndirir. Qeyd edilən kontekstdə AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi fəaliyyəti və pedaqoji yaradıcılığı elmlə təhsilin üzvi şəkildə birləşməsinin parlaq nümunəsi kimi qiymətləndirilə bilər.

Akademik İradə Hüseynova vurğulayıb ki, professor Elşad Qurbanovu səciyyələndirən ən başlıca keyfiyyət onun təbiətə Vətənin əmanəti kimi yanaşmasıdır. O, Azərbaycan florasının zənginliyini, növ müxtəlifliyini tərtib etdiyi xəritələrə, qələmə aldığı fundamental əsərlərə və monoqrafiyalara elmi dəqiqliklə köçürmüşdür.

“AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi irsinin əsas xəttini yenilik, dəqiqlik və yüksək elmi məsuliyyət təşkil edir. Azərbaycan üçün yeni olan bitkilik tiplərinin – səhra və psevdomaakki bitkiliklərinin morfoloji və ekoloji xüsusiyyətlər bazasında elmi cəhətdən əsaslandırılması onun xidmətləri arasındadır. Floramız üçün onlarla növün və onların yeni yayılma areallarının müəyyənləşdirilməsi, antropogen təsirlərə məruz qalmış ərazilərin biorekultivasiyası istiqamətində apardığı fundamental tədqiqatlar Elşad müəllimin elmi düşüncə tərzinin miqyasını aydın şəkildə nümayiş etdirir”, - deyə AMEA-nın vitse-prezidenti əlavə edib.

Akademik İradə Hüseynova bildirib ki, AMEA-nın müxbir üzvü Elşad Qurbanov yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb. Onun BDU-da uzun illər rəhbərlik etdiyi kafedra gənc tədqiqatçıların formalaşdığı intellektual mühit, canlı bir laboratoriya olub. Alimin rəhbərliyi altında dissertasiya işlərini müdafiə etmiş doktorant və dissertantların böyük əksəriyyəti hazırda müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq ölkənin elmi və idarəetmə potensialına töhfə verirlər.

Professor Elşad Qurbanovun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında biologiya və aqrar elmlər üzrə Ekspert Şurasının sədri kimi də uğurlu fəaliyyət göstərdiyini söyləyən akademik İradə Hüseynova onun bu sahədə tələbkar və prinsipial mövqeyi ilə seçildiyini, elmdə obyektivlik, ədalət və yüksək məsuliyyət prinsiplərinin qorunmasına xidmət etdiyini vurğulayıb.

O, Elşad müəllimin yüksək vətəndaşlıq mövqeyi və dərin milli məsuliyyət hissi ilə seçilən ziyalı olduğunu deyərək, alimin vətənpərvərliyinin Azərbaycanı, onun təbiətini dərindən tanımasından, bu torpağa qan yaddaşından gələn sevgi ilə bağlanmasından qaynaqlandığını bildirib. Qeyd edib ki, professor Elşad Qurbanov bu sevgini təbiətin və biomüxtəlifliyin qorunmasına xidmət edən elmi tədqiqatlarla, floramızın elmi irsini zənginləşdirməklə ifadə edir.

Çıxışının sonunda akademik İradə Hüseynova AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illiyinə həsr olunan bugünkü tədbiri alimin yaradıcılığına verilən dəyər və ehtiramın göstəricisi olmaqla yanaşı, Azərbaycan təbiətinin elmi yaddaşında dərin iz qoymuş zəngin, məhsuldar və fədakar ziyalı ömrünə yeni bir baxış kimi yüksək qiymətləndirib. O, yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi ideyalar və yetirmələrinin uğurları ilə dolu illər arzulayıb.

Daha sonra AMEA-nın müxbir üzvü Elşad Qurbanovun həyat və elmi-pedaqoji yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə BDU-nun Genetika və təkamül təlimi kafedrasının müdiri, professor Kamilə Əliyeva yubilyarın ömür yolu və çoxşaxəli fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, Elşad Qurbanov 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda “Botanika” ixtisası üzrə aspiranturaya qəbul olub. 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1988-ci ildən Botanika və bitki fiziologiyası kafedrasında müəllim, baş müəllim vəzifələrində calışıb. 1992-ci ildən həmin kafedranın müdiridir.

Məruzəçi diqqətə çatdırıb ki, Elşad Qurbanov 1984-cü ildə “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” mövzusunda biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcələrini və həmin ildən professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

“Dərin elmi intuisiyaya, fenomenal yaddaşa, yüksək mədəniyyətə malik, həssas, qayğıkeş bir insan olan Elşad Qurbanov ömrünün çox hissəsini təhsilə həsr etməklə, gənclərin savadlı və şəxsiyyət kimi formalaşmasında əlindən gələni əsirgəməmişdir”, - deyən professor Kamilə Əliyeva alimin elmi fəaliyyətinin əsasən Azərbaycanın flora biomüxtəlifliyinin və bitki örtüyünün öyrənilməsinə həsr olunduğunu, onun bu istiqamətdə elmə bir sıra yeniliklər gətirdiyini bildirib. Qeyd edib ki, professor Elşad Qurbanov 500-ə yaxın elmi əsərin, 17 dərslik, dərs vəsaiti və monoqrafiyanın, 70-dən çox proqram və metodik göstərişin, 15 ekoloji-geobotaniki xəritənin, 16 müəlliflik şəhadətnaməsinin, 1 patentin müəllifi, 28 kitabın elmi redaktorudur. Alimin son zamanlar apardığı elmi tədqiqat işlərinin yekunları dəfələrlə mühüm nəticə kimi AMEA-nın illik hesabatına daxil edilib. O, Azərbaycanın bir çox bölgələrinin ekoloji-geobotaniki xəritələrini və Azərbaycanın bitki örtüyü xəritəsini tərtib edib.

Professor Kamilə Əliyeva əlavə edib ki, yubilyar elmi işlərinin nəticələrinə görə dəfələrlə AMEA-nın Fəxri fərmanlarına, elmi-pedaqoji fəaliyyətinə görə “İlin alimi”, “İlin müəllimi” və “İlin kafedra müdiri” kimi adlara, “BDU-nun 100 illiyi” yubiley medalına layiq görülüb, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunub, 2019-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Tədbirdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Vaqif Şadlinski, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Ali Attestasiya Komissiyasının sədr müavini, professor Nigar Ağayeva, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Naxçıvan Dövlət Universitetinin professoru, akademik Tariyel Talıbov, Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, professor Hikmət Məmmədov və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək yubilyarın Azərbaycan elminə verdiyi töhfələrdən, sadəlik, təvazökarlıq, qayğıkeşlik kimi yüksək insani keyfiyyətlərindən söz açıb, ona xoş arzularını bildiriblər. Çıxışlarda bu gün ömrünün şərəfli illərini yaşayan professor Elşad Qurbanovun həyat yolunun, uzunmüddətli gərgin axtarışlarının gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Sonda AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək müəllimi olmuş alimlərdən, taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərdən danışıb, Azərbaycan elminin və təhsilinin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb. O, həmçinin yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Yanvar 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri