Icma.az
close
up
RU
Elşad Qurbanovun 75 illik yolu MÜSAHİBƏ

Elşad Qurbanovun 75 illik yolu MÜSAHİBƏ

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, akademik, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Əməkdar elm xadimi" Elşad Qurbanovun SİA-ya müsahibəsini təqdim edirik.

- Ekoloji-geobotaniki xəritələrin hazırlanması praktikada – xüsusilə şəhərsalma və sənaye layihələrində necə istifadə olunmalıdır?

- "15, 16 ədədə qədər Azərbaycanın Respublikasına rəsmi ərazisini əhatə edən geo-botanik aid xəritələrim var. Keçmişdə qədim xəritələr olmuşdur. Həmin xəritələr müəyyən qədər məlumat verirdi, lakin dəqiqlik baxımından bugünkü standartlara cavab vermirdi. O xəritələr əsas konturları, ümumi bitki tiplərini göstərsə də, dəqiq koordinatlarla və spesifik nöqtələrlə işləmək mümkün deyildi.
Amma müasir dövrdə texnologiyanın inkişafı ilə artıq hər bir ərazinin ən kiçik nöqtəsi belə cihazlar vasitəsilə tam dəqiqliklə müəyyən olunur. Mən uzun illər bu sahədə çalışdığım üçün, əminliklə deyə bilərəm ki, Azərbaycan ərazisi boyu bitki örtüyü və landşaft strukturu ilə bağlı detallı məlumatlar mövcuddur. Bu təcrübə və elmi araşdırmalar nəticəsində "Azərbaycanın Bitki Örtüyü" adlı genişhəcmli və fundamental bir kitab hazırlamışam. Bu kitab əslində illərin zəhmətinin məhsuludur və burada Azərbaycanın bütün bölgələrinin bitki örtüyü geniş təsvir olunub.
Həmçinin, bu iş çərçivəsində Azərbaycanın bitki xəritəsini də hazırlamışam. Həmin xəritədə yeddi fitocoğrafi rayon üzrə dağlıq, meşəlik, yarımsəhra və digər ekoloji zonalarda, konkret olaraq hansı bitki birləşmələrinin, hansı növlərin yayıldığı dəqiq göstərilir. Həm də müəyyən bitki tipləri urbanizasiya və insan təsiri nəticəsində azalma və ya məhv olma təhlükəsi ilə üz-üzədir. Məhz bu xəritələr həmin ərazilərdə daha diqqətli yanaşmanın, elmi əsaslı planlaşdırmanın vacibliyini göstərir. Qeyd etdiyim xəritə və kitab, hazırda Azərbaycanın aparıcı botanika və ekologiya üzrə mütəxəssisləri tərəfindən geniş şəkildə istifadə olunur. Onlar bu materiallardan istinad kimi istifadə edərək elmi, tədris və praktik sahələrdə faydalanırlar. Azərbaycan bitkiləri – həm relikt, həm endemik növlər – bizim milli sərvətimizdir. Onların qorunması və düzgün idarə olunması gələcək nəsillər üçün də vacibdir".

-Elşad bəy 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Əməkdar elm xadimi" adı almısınız. Daha sonra 2009, 2012-ci illərdə "İlin alimi", pedaqoji fəaliyyətinə görə 2020-ci ildə "İlin müəllimi" fəxri adlarını almış, Təhsil Nazirliyinin Fəxri Fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Tərəqqi" medalı ilə təltif olunmusunuz. Bununla bağlı təəssüratlarınızı alaq.

- "Əslində, o adların verilməsi təsadüfi olmur. Məsələn, Bakı Dövlət Universitetində həmin illərdə 61 mühüm nəticə var idi ki, o nəticələri ödəyən şəxslərə bu adlar verilirdi. Reytinq cədvəli deyilirdi - kim daha çox bal toplayırdısa, ona verilirdi. Əlbəttə, bir neçə dəfə mənə verildi. Sonra gördülər ki, hər il təxminən mən ala bilirəm bunu. Ona görə fikirləşdilər ki, yox, daha Eşad müəllimə verməyək, qoy başqaları alsın. Yəni hər il “İlin alimi”ni verməyək. Mənim kimi əmək sahiblərinin çox yüksək qiymətləndirilməsi, bu məni çox-çox razı salır. Mən ilin alimi də olmuşam, ilin müəllimi də olmuşam, ilin kafedra müdiri də olmuşam - ayrı-ayrı illərdə, özü də dəfələrlə. Amma bu, çox sevindirici haldır. Məsələn, tutaq ki, Akademiyanın prezidenti mənə şəxsən fərdi fərman verir ki, sən ilin alimisən. Allah rəhmət eləsin, çox möhtəşəm prezidentlərimizdən biri idi, çox insani keyfiyyətlərə sahib insan idi. Məsələn, adam bu cür münasibətdən sevinir. Və yaxud da ki, ilin kafedra müdiri, ilin müəllimi – hansısa bir müsbət göstəriciyə görə bu ad veriləndə adam istər-istəməz bundan təsirlənir və stimul alır ki, yenidən yaxşı işləməyə davam etsin".

- Uzun illərdir həm alim, həm də pedaqoq kimi fəaliyyət göstərirsiniz. Müasir tələbələrin əsas üstün və zəif cəhətlərini nədə görürsünüz?

- "Mən deyim ki, tələbələrlə artıq 50 ilə yaxındır ki, məşğulam və həmişə tələbələrimdən razıyam. Deyim niyə razıyam? Mən, əlbəttə, realist adamam. Mən istəmirəm ki, verdiyim qiymət təsirsiz olsun. Əvvəlcə, bir qrupun içərisində əgər 25 nəfər varsa, mən baxıram ki, dərs dediyim vaxtlarda bu say 75-90 nəfərə qədər olurdu. Bu qədər insanın hamısının əlaçı olması mümkün deyil. Orada yaxşı oxuyan var, orta oxuyan var, zəif oxuyan var, bəzən isə ümumiyyətlə oxumaq istəməyən tələbə də olur. Bu cür tələbələri qruplara bölmək lazımdır. Amma əgər əksəriyyət ortadan yuxarıdırsa, deməli, hələ də cəmiyyətimizdə elmə, biliyə maraq və həvəs var. Mənə sual verəndə ki, tələbələri bəyənirsinizmi, deyirəm ki, kim tələbəni bəyənmirsə, o səhv edir. 2021-ci ildən sonra deyirəm ki, bizim gənclərimiz 44 günlük Vətən müharibəsində ön cəbhədə oldular, şəhid verdilər, qazilərimiz oldu və torpaqlarımızın bütövlüyünü təmin etdilər. Mən buna görə gənclərimizdən razıyam. Hər zaman da razı qaldığımı ifadə edirəm. Hətta əvvəllər elə düşünürdüm ki, qızlar dərslərdə daha diqqətli olur, onlara bir qədər güzəşt etmək olar. Amma indi baxıram ki, oğlanlar daha çox çalışırlar və onlara üstünlük verirəm. Qızlar narazılıq edəndə isə onlara izah edirəm ki, bu oğlanlar bizim Vətənimizin bütövlüyü uğrunda döyüşüblər. Şəhidlərimizə rəhmət olsun, qazilərimizə can sağlığı, Ali Baş Komandanımıza uzun ömür və güc arzulayıram.

Bundan başqa, mən indiki dövrü və öz tələbəlik illərimi müqayisə edirəm. Biz informasiyanı o vaxtlar yalnız 1-2 qəzetdən, ya da bir-iki mənbədən ala bilirdik. İndi isə informasiya bolluğu var. İkinci sinifdə oxuyan nəvələrim elə hadisələr danışırlar, elə bioloji terminlər deyirlər ki, adam heyran qalır. Biz o yaşda heç “biologiya” sözünün özünü belə tanımırdıq. Xromosom nədir, bilmirdik. İndi uşaqlar xromosomun müxtəlifliklərindən danışırlar. Bu da böyük irəliləyişdir".

- Sizcə, bu gün Azərbaycan ali məktəblərində biologiya və ekologiya təhsili beynəlxalq standartlara cavab verirmi?

- "Bizdə yeni-yeni proqramlar gəldi, Bolonya proqramları gəldi, kurikulum proqramları gəldi. Bir az adaptasiya eləmək çətin olur. Amma mən deyim ki, dünya artıq açıqdır, inteqrasiya var. Məsələn, mən bu saatda tələbələrə təqdimat verirəm ki, xaricdə oxumaq istəyirlər, və artıq çıxmaq istəyirlər xaricə. Buradakı standartlar hər halda bəhrələnmək üçün yetərlidir, bilirlər ki, orada oxuya biləcəklər. Və əvvəlki tələbələr artıq xaricdə oxuyurlar, gəlirlər, görürlər onu. Və demək olar ki, tələbələr burada özləri əldə etdikləri bilik və bacarıqları orada tətbiq edə bilirlər. Əlbəttə, əksəriyyət deyil bu. Hamı deyil. Əslində, siz sual verirsiniz ki, keyfiyyəti, standartları biz özümüz yaradırıqmı? Onlar başqa yerdən standart alınır. Çalışırıq, hər il təkmilləşir, hər il yeniləşir. Mən əlbəttə alim vətəndaşam, orta məktəbdə çətinliklər var, amma hər il yeniliklər əmələ gəlir və bu həm dərsləri başa salan müəllimlər, həm də mühazirəçi müəllimlər tərəfindən tələbələrə bu haqda məlumat verilir ki, bu il təxminən belə formada inkişaf edəcək və belə suallarınız olacaq. Tələbələr də ona hazırlaşır və dünya standartlarına yaxınlaşırıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri