Icma.az
close
up
RU
AMEA nın müxbir üzvü Namiq Cəlilovun 70 illik yubileyi qeyd olunub

AMEA nın müxbir üzvü Namiq Cəlilovun 70 illik yubileyi qeyd olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, BDU-nun Astrofizika kafedrasının professoru Namiq Cəlilovun 70 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.

Əvvəlcə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev universitetin tanınmış məzunlarının yubileylərinin keçirilməsinin ənənə xarakteri aldığını bildirib. O diqqətə çatdırıb ki, BDU ölkədə kadr hazırlığında özünəməxsus yeri olan elm və təhsil müəssisəsidir. BDU-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Astrofizika kafedrasının yaradılması və bu sahədə milli kadr hazırlığına başlanması heç də təsadüfi deyildi. Həmin dövrə qədər digər sahələrdə olduğu kimi, asrtofizika üzrə kadrlar da keçmiş SSRİ-nin tanınmış təhsil ocaqlarında hazırlanırdı. Kafedranın açılması ilə bu sahədə milli kadr hazırlığına başlanıldı. Bu gün həmin kadrlar ölkədə astronomiya, astrofizika elmini inkişaf etdirən əsas alimlərdir. Namiq Cəlilov məhz bu məktəbin tanınmış yetirmələrindəndir. Rektor Elçin Babayev bildirib ki, Namiq Cəlilov BDU-nun Fizika fakültəsini bitirdikdən sonra Rusiya və Almaniyanın məşhur elm ocaqlarında işləyib. Günəş fizikası, kosmik plazma fizikası sahəsində tanınmış mütəxəssis olan Namiq Cəlilovun aldığı mühüm elmi nəticələr dünya miqyasında öz təsdiqini tapıb.

Sonra elm və təhsil sahəsində uğurlu fəaliyyətinə görə AMEA-nın müxbir üzvü Namiq Cəlilova BDU-nun Fəxri Fərmanı təqdim olunub.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyevin təbrik məktubu səsləndirilib.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi katibi, dosent Orxan Xəlilov, AMEA-nın həqiqi üzvü, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri Cavad Abdinov, Radiasiya Problemləri İnstitutunun icraçı direktoru dosent Rəvan Mehdiyeva, BDU-nun Doktorantura şöbəsinin müdiri, Nəzəri fizika kafedrasının dosenti Mirnamik Bəşirov çıxışlarında Namiq Cəlilovun məhsuldar elmi yaradıcılığından bəhs edib, onun Günəş-Yer əlaqələri, qlobal istiləşmə ilə bağlı tədqiqatlarının əhəmiyyətini vurğulayıblar.

Tədbir elmi sessiya ilə davam edib. Elmi sessiyada “Naməlum planet məsələsinə müasir baxışlar”, “Ekstremal sıxılmış nüvə maddəsi ifrat yüksək enerjili kosmik şüaların mümkün mənbəyi kimi”, “Görünən və görünməyən Kainat: müasir astrofiziki baxışlar”, “Günəş küləyində yaranan dayanıqsızlıqlar haqqında” mövzularında məruzələr dinlənilib.

Sonda yubilyar BDU rəhbərliyinə təşəkkür edib, hər bir alimin elmi tədqiqatları, həyat tərzi ilə gələcək nəsillərə örnək olmalı olduğunu deyib, gəncləri əməksevər olmağa, daha çox mütaliə etməyə səsləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri