Icma.az
close
up
RU
AMEA nın Naxçıvan Bölməsində Bəxtiyar Vahabzadəyə həsr olunan elmi konfrans keçirilib

AMEA nın Naxçıvan Bölməsində Bəxtiyar Vahabzadəyə həsr olunan elmi konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 1 may, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsində “Poeziyamızın Bəxtiyar Vahabzadə zirvəsi” mövzusunda elmi konfrans təşkil olunub.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tələbələrin təşkil etdiyi elmi tədbirin Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının icrası çərçivəsində keçirildiyini deyib.

Akademik diqqətə çatdırıb ki, milli ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə təkcə Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da tanınmış istiqlal şairidir. Yaradıcılığı bütövlükdə milli şüura xidmət edən şair yurd, millət, azadlıq sevgisini şeirlərində ustalıqla ifadə etməyi bacarmışdır.

İsmayıl Hacıyev təcrübəçi tələbələrin B.Vahabzadə irsinə diqqətini və təşəbbüskar yanaşmasını yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində təcrübəçi tələbələrin cəlb olunduğu fəaliyyətdən söz açıb.

Professor bədii-ictimai fikir tarixinə əsl ziyalı mövqeyi, milli birliyin tərənnümçüsü kimi daxil olmuş şairin əsərlərində əksini tapan türkçülük ideyası, ana dilinə sevgi məsələsindən danışıb. Alim bildirib ki, Bəxtiyar Vahabzadə ana dilinin saflığı və qorunması uğrunda mübarizə aparan milli təəssübkeş olmuşdur.

Sonra təcrübəçi tələbələr Xuraman Yusifzadə “İstiqlal şairi Bəxtiyar Vahabzadə”, Nərmin Abbasova “Bəxtiyar Vahabzadənin “Gülüstan poeması”, Nərgiz Əliyeva “Bəxtiyar Vahabzadə yaradıcılığında sevgi lirikası” mövzusunda məruzələrini təqdim ediblər. Məruzələrdə şairin Azərbaycan ədəbiyyatındakı yeri, onun poeziyasında vətəndaşlıq mövqeyi, milli-mənəvi dəyərlərə sadiqliyi və Azərbaycançılıq ideyalarının təbliğindəki xidmətləri vurğulanıb.

Bəxtiyar Vahabzadə şeirlərində xalq, millət, vətən mövzusundan bəhs olunub, şairin əsərlərində əksini tapan azadlıq ideyası onun həyat eşqinin təzahürü kimi səciyyələndirilib. “Gülüstan” poeması haqqında düşüncələrin təhlil olunduğu məruzələrdə əsərin oxucuda yaratdığı təəssüratlara diqqət çəkilib, əsər tarix, vətənpərvərlik və poeziyanın vəhdəti kimi dəyərləndirilib. Şairin əsərlərindən gətirilən nümunələr bədii təsvir və ifadə vasitələri baxımından təhlil edilib.

Sonda tələbələrdən İnci Cəfərova, Təhminə Məmmədova və Jalə Hüseynova şairin “Nədən oldu”, “Ömür”, “Bir salama dəymədi” şeirlərini söyləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri