Amerika hərbiçilərini Almaniyadan Cənubi Koreyaya köçürür
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ ordusu Asiya-Sakit Okean bölgəsindəki çəkindirmə qabiliyyətlərini gücləndirmək üçün Gələcəyə Baxan Çoxsahəli İşçi Qrupundan (MDTF) bir neçə yüz əsgərini Almaniyadan Koreya Respublikasına köçürməyi planlaşdırır. Bu barədə "Çosun İlbo " qəzeti mənbələrə istinadən məlumat verib .
Nəşrin məlumatına görə, hərbi yerin dəyişdirilməsi bu ilin sonlarında baş tutacaq. Sözügedən qoşunlar kiberməkanda, kosmosda və yerdə əməliyyatların koordinasiyasına imkan verən MDTF-nin 2-ci batalyonundandır. Yerin dəyişdirilməsi qərarı ABŞ-ın Şimali Koreya və Çinlə qarşıdurmada mövqeyini gücləndirmək istəyi ilə əlaqələndirilir.
Amerikanın "Stars and Stripes" qəzeti Pentaqona istinadən bildirib ki, ABŞ və Cənubi Koreya hərbi əməkdaşlığın gücləndirilməsi ilə bağlı sıx əlaqədədirlər. Lakin Pentaqon "Chosun Ilbo"nun Amerika qoşunlarının yerləşdirilməsi planları ilə bağlı iddialarını təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.
Baxış sayı:136
Bu xəbər 04 Sentyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















