Başla vurulan hər top beyində iz buraxır...
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son 15 ildə dünyasını dəyişmiş peşəkar futbolçuların 75%-də xroniki travmatik ensefalopatiya (XTE) əlamətləri aşkar edilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu, futbolçular arasında qeydə alınmış ən yüksək göstəricidir.
Boston Universiteti tədqiqatçılarının 2008–2023-cü illərdə vəfat etmiş ABŞ Milli Futbol Liqasının (NFL) 2360 keçmiş oyunçusu üzərində apardığı araşdırma göstərib ki, təkrarlanan zərbələr beyində toksik tau zülalının yığılmasına və mikrozədələrə səbəb olur.
İlkin nümunələrdə nisbətin 93% çıxmasına baxmayaraq, alimlər statistik model vasitəsilə bunu tənzimləyərək real yayılma tezliyini təxminən 75% (1760 nəfər) olaraq qiymətləndiriblər.
Mütəxəssislər qeyd edirlər ki, XTE yaddaş, emosiya və davranışa mənfi təsir göstərsə də, beyindəki dəyişikliklər mütləq simptonların yaranacağı demək deyil. Tədqiqat qrupundakı keçmiş futbolçuların təxminən 27%-də demensiya diaqnozu qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 Noyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















