Amerikalı basketbolçu: Azərbaycan çempionatının səviyyəsi hər mövsüm yüksəlir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasının səviyyəsi hər mövsüm yüksəlir və rəqabət getdikcə daha da güclənir.
AZƏRTAC xəbər verir ki, bu sözləri NTD komandasının basketbolçusu Tay Kokfild klubun mətbuat xidmətinə müsahibəsində deyib.
ABŞ-dan olan oyunçu Azərbaycan çempionatında çıxış edən hər komandada keyfiyyətli basketbolçuların olduğunu bildirib: “Liqadakı bütün komandaların oyunlarını izləmişəm və matçlar həqiqətən maraqlıdır. Gələcəkdə liqanın daha da inkişaf edəcəyini düşünürəm”.
O, NTD komandasını seçməsinin səbəbini də açıqlayıb: “Burada həm sevdiyim işi – basketbol oynamağı davam etdirmək, həm də istənilən şəraitdə lider ola bildiyimi göstərmək üçün böyük fürsət gördüm. Komandanın gənc və potensiallı olduğunu hiss etdim. Bu komandanın irəli gedə biləcəyinə inanıram. Komandamı sevirəm və bu seçimdən məmnunam”.
Basketbolçu ölkə çempionatının növbəti turunda "Neftçi"yə qarşı keçirəcəkləri oyuna da toxunub: “Matça hazırlıq prosesi yaxşı gedir. Komandada hər kəs eyni məqsəd ətrafında birləşib və öz rolunu mümkün qədər yaxşı yerinə yetirməyə çalışır. Hamımız motivasiyalı və həyəcanlıyıq. İnanırıq ki, bu mövsüm xüsusi bir şey edə bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















