Amerikalı general: “NATO ilk saatlarda Kalininqradı və Sevastopolu yerlə yeksan edəcək”
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əgər Rusiya ilə birbaşa toqquşma baş verərsə, NATO ilk saatlarda Kalininqradı və Sevastopolu yerlə yeksan edəcək”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Ordusunun sabiq komandiri, leytenant-general Benedikt (Ben) Hodges bildirib.
Generalın bu fikri qorxunc və provokativ səslənsə də, o, bunu NATO-nun Rusiyanın Baltik və Qara dənizindəki strateji mövqelərini neytrallaşdırmaq məqsədilə operativ, qısa müddətli reaksiya qabiliyyətinin əhəmiyyətini vurğulamaq üçün deyib.
O, həmçinin alyansın “dərhal cavab vermə” qabiliyyətini gücləndirməyin vacibliyini qeyd edib.
Xatırladaq ki, Ben Hodges 2014–2017-ci illərdə ABŞ-ın Avropadakı Ordusuna (USAREUR) komandanlıq etmiş leytenant-generaldır və sonradan NATO və Avropa təhlükəsizliyi mövzularında ekspert kimi çıxış edir. Onun bəyanatları münaqişə risklərini azaltmaq üçün tərtib olunan mümkün hərbi ssenarilərin sərtliyini əks etdirir və siyasi ritorikada müzakirələrə səbəb olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 14 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















