Amerikalı kişinin özünü ölü kimi qələmə verərək, məşuqəsinin yanına getməsi ona baha başa gəldi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
45 yaşlı ABŞ sakini arvadını və üç uşağını qoyub Gürcüstandakı məşuqəsinin yanına getmək üçün özünü ölü kimi qələmə verib.
Oxu.Az bildirir ki, bu barədə CNN kanalı məlumat yayıb.
Rayan Borqvard 2024-cü ilin avqustunda yoxa çıxıb. Ailəsi onun tərk edilmiş avtomobilini və treylerini tapıb və polisə müraciət edib. İstintaq zamanı məlum olub ki, Borqvard yoxa çıxmazdan iki ay əvvəl pasportunun itirilməsi barədə ərizə verib və yeni sənəd alıb.
Daha sonra o, xaricdəki banka pul köçürüb, elektron poçt ünvanını dəyişib, 375 min dollarlıq sığorta polisi rəsmiləşdirib və reversiv vazektomiya əməliyyatı keçirib. Bütün bu hərəkətlər onun özünü itkin düşmüş kimi qələmə vermək üçün əvvəldən diqqətlə hazırlaşdığından xəbər verir.
Daha sonra həmin şəxs özü əlaqə saxlayıb və ölkədən avtobusla getdiyini bildirib. O, 2024-cü ilin yazında internetdə tanış olduğu Özbəkistandan olan sevgilisinin yanına Tbilisiyə yollanıb.
2024-cü ilin dekabrında polis məmurları onu ABŞ-yə qayıtmağa razı salıblar. Məhkəmə onu 89 gün həbs cəzasına məhkum edib - axtarışın davam etdiyi müddətlə eyni vaxta. O həmçinin axtarış əməliyyatı xərclərini ödəmək üçün 30 min dollar təzminat ödəyib. 2025-ci ilin yazında həyat yoldaşı onunla boşanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Avqust 2025 06:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















