Amerikalı politoloq: TRIPP layihəsinin uğurla həyata keçirilməsi Ermənistana və Azərbaycana mühüm fayda verə bilər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Marko Rubio TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu, yaxud Zəngəzur dəhlizi – red.) layihəsi çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfərinin nəticələrindən məmnun qaldığını bildirib. Bu da ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş üçtərəfli sammitdən sonra yaranmış impulsun qorunduğunu göstərə bilər.
Bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında amerikalı politoloq Ceyson Epstayn danışıb.
O vurğulayıb ki, bu cür görüşlər dünyanın bir çox paytaxtlarında diqqətlə izlənilir və onların uğuru regionda sülhün və rifahın təşviqində mühüm rol oynaya bilər.
Ekspert səfərin uğurlu kimi qiymətləndirilməsinin əsas səbəblərindən biri olaraq TRIPP layihəsinin inkişafını göstərib. O xatırladıb ki, səfərin yekunlarına əsasən layihənin istismarı və gələcək inkişafına cavabdeh olacaq xüsusi TDC (TRIPP Development Company – red.) şirkəti yaradılıb.
Politoloqun sözlərinə görə, ABŞ ən azı 2075-ci ilədək layihənin nəzarət səhm paketinə sahib olacaq ki, bu da rəsmi Vaşinqtonun layihənin uğuruna uzunmüddətli sadiqliyini və Cənubi Qafqaz xalqlarının rifahında maraqlı olduğunu nümayiş etdirir. Epstayn əlavə edib ki, tikinti işlərinə ilin ortalarında başlanmalıdır və ilkin mərhələdə əsas diqqət dəmir yolu infrastrukturuna yönəldiləcək.
O, həmçinin qeyd edib ki, Bakı artıq Ermənistanla sərhədə qədər avtomobil yollarının çəkilişini aparır və mövcud dəmir yolu xətlərini modernləşdirir.
Ekspert əmindir ki, layihənin uğurla həyata keçirilməsi həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona mühüm fayda verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Yanvar 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















