“Ermənistan və ABŞ hazırda TRIPP layihəsinin həyata keçirilməsi üzərində işləyir”
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistan və ABŞ TRIPP layihəsini və digər Vaşinqton razılaşmalarını həyata keçirmək üçün çalışırlar”.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V "İpək Yolu” konfransında çıxışı zamanı deyib.
Siyasətçi Cənubi Qafqazda kommunikasiya yollarının bloklanmasından danışarkən ABŞ-nin vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanmış sazişləri misal çəkib.
"Ermənistan Amerika ilə işləyəcək, üçüncü tərəflərlə qarşılıqlı razılıq əsasında ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Sülh və Rifah Yolu və ya TRIPP layihəsinin Ermənistan ərazisində həyata keçirilməsi üçün çərçivəni müəyyənləşdirəcək. Biz bu məqsədə mümkün qədər tez nail olmaq üçün bütün tədbirləri görmək əzmində olduğumuzu təsdiqləyirik", - deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, hazırda İrəvan və Vaşinqton arasında əldə olunmuş razılıq istiqamətində real səylər göstəririk.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















