Icma.az
close
up
RU
Amerikanın dünya bazarındakı mövqeyi araşdırılıb

Amerikanın dünya bazarındakı mövqeyi araşdırılıb

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


ABŞ-nın hazırda dünya bazarına hansı məhsulu çıxarması, bunlar arasında ən keyfiyyətli 10 əmtəə malının hansılar olması haqqında aparılan jurnalist araşdırması nəticəsində xarici ticarət statistikası öyrənilib. Bunu araşdıran mütəxəssislər ABŞ-nın son dövrlərdə dünya bazarına hansı növ malları tədarük etməsi ilə yanaşı, ölkənin nə qədər gəlir əldə etdiyini də öyrənə biliblər. Bu tədqiqatlar nəticəsində məlum olub ki, ABŞ 2024-cü ilin sonuna qədər xarici ölkələrə təxminən 2,06 trilyon dollar dəyərində mal ixrac edib. Müqayisə üçün bildirilir ki, bir il öncə xarici tədarük 2,02 trilyon dollar olub.
Reyting.az
xəbər verir ki, "UN Comtrade"-nin məlumatına görə, 2024-cü ildə ABŞ-dan ən çox ixrac edilən ölkələr Kanada (348,5 milyard dollar), Meksika (334,0 milyard dollar) və Çindir (143,5 milyard dollar).
ABŞ malları üçün ən yaxşı hesab olunan 10 bazara bu dövlətlər daxildir:
Niderland (89,6 milyard dollar);
Böyük Britaniya (79,9 milyard dollar);
Yaponiya (79,7 milyard dollar);
Almaniya (75,6 milyard dollar);
Cənubi Koreya (65,5 milyard dollar);
Braziliya (49,7 milyard dollar);
Sinqapur (46,0 milyard dollar).
Dünyanın ən yaxşı ixracat layihəsinə görə, ötən il ABŞ-nın əsas ixrac əmtəəsi xam neft və neft məhsulları olub: 118,5 milyard dollar.
Əsas ixrac maddələrinin siyahısında xam neft istisna olmaqla, bitumlu süxurlardan alınan neft və neft məhsulları, üstəlik, tullantı neft məhsulları ümumilikdə 117,5 milyard dollar, neft qazları, yaxud digər qaz halında karbohidrogenlərin gəliri isə 62,2 milyard dollara yüksəlib.
Siyahı davam edir:
minik avtomobilləri (59,2 milyard dollar);
peyvəndlər, qan zərdabları, qan (54,6 milyard dollar);
elektron inteqral sxemlər (50,6 milyard dollar);
avtomobil və traktorlar üçün hissələr və aksesuarlar (45,1 milyard dollar);
məlumatların avtomatik emalı üçün kompüterlər (40,1 milyard dollar);
rabitə avadanlıqları, telefonlar, o cümlədən smartfonlar (39,0 milyard dollar);
tibdə istifadə olunan cihaz və alətlər (36,8 milyard dollar).
Statistikalar göstərir ki, ABŞ-nın ən böyük gəliri xammalla yanaşı, texniki ixracdan əldə edilir.
Ekspertlər bildiriblər ki, 2025-ci ildə ABŞ bazarında ixracın strukturunda, həmçinin tədarüklərin coğrafiyasında və həcmlərində dəyişikliklər gözlənilir. Xüsusilə, prezident Donald Trampın bir sıra ölkələrdən gələn mallara ticarət məhdudiyyətləri və tətbiq olunan yeni tariflər bunu deməyə əsas verir.
"Lakin bütün bunlarla bərabər, ABŞ-nın bir supergüc kimi dünya bazarında mövqeyi sarsılan deyil" - deyə amerikalı ekspertlər bildiriblər.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri