Amit Quluzadə: “Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə səbəb oldu”
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İmişli"yə qarşı hansı zonada və necə oynayacağımızı əvvəlcədən bilirdik. Rəqibin oyun üslubunu təhlil etmişdik və meydanda planlaşdırdıqlarımızı həyata keçirməyə çalışırdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə deyib.
II Liqada çıxış edən komandanın çalışdırcısı Azərbaycan Kubokunun II təsnifat mərhələsində "İmişli"yə məğlub olduqları matçla bağlı bağlı fikirlərini bölüşüb:
"Görüşün müəyyən hissələrində istədiklərimiz reallaşırdı, komanda tapşırıqları yerinə yetirirdi. Lakin futbolçularımızın fərdi səhvləri və təcrübəsizliyi sonda məğlubiyyətə gətirib çıxardı. Düşünürəm ki, bu amillər nəticəyə ciddi təsir göstərdi. Hesab 2:1 olduqdan sonra heyətimizdəki gənc futbolçuların hamısını meydana buraxdım. İstəyirdim ki, onlar da Premyer Liqa klubuna qarşı oynamaq təcrübəsi qazansınlar, bu səviyyədə rəqiblə mübarizənin necə olduğunu hiss etsinlər. Onların hər birinə imkan yaratmağa çalışdım. Ancaq təcrübə fərqi və sonradan edilən dəyişikliklər hesabın daha da böyüməsinə səbəb oldu. Mənə görə, meydanda başabaş mübarizə gedirdi. Hesabın böyük olmasına baxmayaraq, fikrimcə, matçın müəyyən hissələrində elita təmsilçisinə qarşı rəqibə layiqli müqavimət göstərə bildik. Təəssüf ki, fərdi səhvlərimiz və təcrübə çatışmazlığımız nəticəyə təsir etdi. Artıq bizim üçün kubokda mübarizə başa çatıb. İndi əsas diqqətimizi çempionata yönəldəcəyik".
Qeyd edək ki, "İmişli" - "Qaradağ Lökbatan" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 29 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















