Icma.az
close
up
RU
Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.
Bununla bağlı Mülki Məcəllədə və "Daşınmaz əmlakın dövlət reyestri" haqqında qanunda dəyişiklik edilməsi təklif olunur.
Qanun layihəsi parlamentin noyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Sənəd "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.
Həmin qanuna əsasən, vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-na qədər davam edib.
Lakin həmin vaxtdan daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə vətəndaşlara torpaq sahəsinin plan və ölçüsü sənədi (plan-ölçü) verməyə başlayıb.
Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-na qədər şəhadətnamə aldığı halda, digər qismi həmin müddətə qədər müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.
Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur.
Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib.
Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2006–2015-ci illərdə plan-ölçü tərtib etdiyi həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-na qədər olan dövrdə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.
Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, qanunvericiliyə yeni təklif olunan layihə dövlət torpaq islahatı komissiyası tərəfindən 2006-2015-ci il aralığında verilən müəyyən sənədlərə hüquqi əsas yaradacaq:
“Əldə etdiyimiz məlumata görə, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidməti tərəfindən daxil olan müraciətlərə əsasən müəyyən araşdırmalar aparılıb. Məlum olub ki, bu cür sənədlər həddən artıq çoxdur. Vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət aktı və plan-ölçü sənədləri verilirdi. Və plan-ölçü sənədi hüquq müəyyənedici sənəd olmadığına görə ilkin qeydiyyat üçün əsas sayılmırdı.
Təklif olunan yeni layihədə isə 2015-ci ilin fevral ayına qədər verilmiş plan-ölçü sənədləri əsas götürülməklə torpaq sahələrinin və üzərindəki əmlakın dövlət qeydiyyatına alınması təklif olunur. Hesab edirəm ki, doğru yanaşmadır. Çünki hər hansı bir dövlət qurumu tərəfindən vaxtilə belə bir sənəd verilibsə, bu hüquqi əsas sayılmalıdır. Ona görə də bu qanunvericilik təşəbbüsü alqışalayiqdir.
Bu layihənin parlamentdə  qəbul edilməsindən sonra çıxarışsız torpaq sahiblərinin mülkiyyət hüququnun tanınması üçün kifayət qədər ciddi addımlar atılacaq. Bu hətta çıxarışsız torpaqlar üçün bir amnistiya aktı ola bilər. Hələlik biz təklif olunan layihənin parlamentdə qəbulunu gözləməliyik. Ola bilsin ki, müzakirələr vaxtı alternativ məsələlər də ortaya çıxsın. Bütün hallarda 2027-ci ilin əvvəllərində bu mexanizmin işə düşəcəyinə inanıram”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri