“Amma bu o demək deyil ki, “Sabah” “Qarabağ”la çempionluq mübarizəsi aparacaq” Mahmud Qurbanov niyə bədbindi?
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Srağagün “Sabah” “Neftçi”ni 2:0 hesabıyla məğlub etdi. Tək nəticə yox, oyun planında da rəqibdən aşkar üstün olan “bayquşlar” bu mövsüm yaxşı görünürlər. Əsas rəqiblərindən “Zirə”ni də böyük hesabla məğub edən Masazır təmsilçisi çempionatda fenomenə çevrilən “İmişli”ni də darmadağın etməyi bacarmışdı.
Murad Musayev dönəmindən bəri uğurlu nəticələr qazanmağı bacaran “Sabah” bu mövsüm “Qarabağ”ın da başının ÇL-ə qarışdığını nəzərə alsaq, çempion ola bilərmi? Ən azı bunun üçün mübarizə apara bilərmi? Təcrübəli mütəxəssis, veteran futbolçu Mahmud Qurbanovun “Football-plus.az”a cavabı:
“İnamlı qələbə qazandılar. İkinci hissədə daha yaxşı oynadılar. Bəlkə də bu “Neftçi”nin yorğunluğundan irəli gəlirdi. Ya da “Sabah”ın daha sürətli, dinamik oyunundan. Bu oyun göstərdi ki, “Neftçi” müdafiədə nə qədər səhv buraxdı. Matç böyük hesabla da bitə bilərdi. “Sabah” yaxşı oyun sərgilədi. Yaxşı oyunçuları var. İstər Mikels, istər İsayev, istərsə də Maluda. Bir neçə oyundu izləyirəm, gənc olsa da, cinahda özünü yaxşı tərəfdən göstərə bilir. Amma bu o demək deyil ki, “Sabah” “Qarabağ”la çempionluq mübarizəsi aparacaq. Ooyun planında sabitlik yoxdu. Rəqib müdafiəsində səhvlər axtarırlar ki, bundan istifadə etsinlər. Murad Musayevdən sonra ən yaxşı mövsümlərini keçirirlər. Umarali Raxmonaliyev də dayaq yarımmüdafiəçisi kimi yaxşı təsir bağışlayır. Çempionluq uğrunda danışmaq üçün tezdi. 2-ci ola bilərlər. Belə davam etsələr, şansları var. Maraqlı oynayırlar, amma hələ “Qarabağ”a rəqib ola biləcəklərini düşünmürəm”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















