Ammar Baxşalıyevin dünya bürüncü
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında Azərbaycan gimnastı Ammar Baxşalıyev tarixi nailiyyətə imza atıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fərdi proqramda mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində 54.850 xal toplayaraq 6-cı pillədən finala yüksəlib.
Həlledici mərhələdə uğurlu çıxışını davam etdirən Ammar Baxşalıyev 55.450 xal toplayaraq bürünc medalın sahibi olub. Yarışda qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi qazanıb.
Bu nəticə Azərbaycan batut gimnastikası tarixində əlamətdar hadisə kimi yadda qalıb. Belə ki, Ammar Baxşalıyev gənclər arasında Dünya çempionatında fərdi proqramda medal qazanan ilk azərbaycanlı batut gimnastı olub.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 16 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















