Icma.az
close
up
RU
Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi keçirilib

Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi keçirilib

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Bakıda amputant futbolu üzrə Millətlər Liqasının “C” qrupunun oyunları start götürüb.

Apasport.az xəbər verir ki, turnirin açılış mərasimi ASCO Arenada (Bayıl stadionu) keçirilib.

Tədbirdə ANAMA-nın (Azərbaycan Minatəmizləmə Agentliyi) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib:

“Hörmətli iştirakçılar, hər birinizi salamlayıram. Son zamanlarda amputant futbolu dünya idman aləmində mühüm trendlərdən birinə çevrilib. Amputant futbolu vasitəsilə minadan zərər çəkmiş insanların və ümumilikdə əlilliyi olan şəxslərin həyata bağlılığını artırmaq baxımından böyük əhəmiyyət daşıyır. Son illər ərzində Azərbaycan milli komandası bir sıra uğurlara imza atıb. Məhz bunun sayəsində yığmamız Avropanın ən güclü 10 komandası arasında yer alıb. Təəssüf ki, Azərbaycan Avropada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. İşğaldan azad edilmiş torpaqlarda bir milyondan çox mina basdırılıb. 44 günlük müharibədən sonra 409 nəfər mina qurbanı olub, onlardan 71 nəfəri isə həyatını itirib. Bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək olan hər kəsə təşəkkür edir, bütün komandalarımıza uğurlar arzulayıram".

Daha sonra Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak çıxış edib:

“Burada keçirilən oyunlar yalnız 5 komanda arasında olan qarşılaşmalar deyil, daha böyük bir hərəkatın tərkib hissəsidir. Amputant futbolu üzrə Millətlər Liqası ümumilikdə 18 komandanın iştirakı ilə 4 ölkədə təşkil olunur. Turnirin ilk mərhələsi Türkiyədə keçirilib, daha sonra yarış İspaniyada davam edib. Hazırda tədbir Azərbaycanda reallaşır və tezliklə Rumıniyada davam edəcək. Amputant futbolu sürətlə inkişaf edir və biz bu idman növünün bir parçası olduğumuz üçün qürur duyuruq".

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Turnirin ölkəmizdə təşkili SOCAR Şirkətlər Qrupu, Azərbaycan Futbol Federasiyası, “Neftçi” İdman Klubu və ANAMA-nın tərəfdaşlığı ilə həyata keçirilir.

Xatırladaq ki, üç gün davam edəcək yarışda 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud mina probleminin beynəlxalq ictimaiyyətə çatdırılması və minadan zərərçəkən şəxslərin idman vasitəsilə bir araya gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Birinci Liqa: "Şahdağ Qusar", "Mingəçevir" və MOİK-dən qələbə Güləşçilərimiz Serbiyada keçirilən dünya çempionatında iştirak edəcəklər II Liqada VI turun təyinatları açıqlanıb “Milan” və “Yuventus” “Bayern”in müdafiəçisi ilə maraqlanır Daha bir millidə baş məşqçi ayrılığı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see206

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see184

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see160

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see148

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see144

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see131

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see131

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see124

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see124

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see123

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see123

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri