Amsterdamda qeyri adi muzey açıldı Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amsterdamda ziyarətçiləri ənənəvi muzey anlayışından uzaqlaşdıran qeyri-adi "Art Zoo" muzeyi fəaliyyətə başlayıb.
Kulis.az xəbər verir ki, XVII əsrə aid kanal evində yaradılan məkan yüzlərlə doldurulmuş heyvan, skelet və təbiət obyektlərini fərqli bədii kompozisiyalar şəklində təqdim edir.
Muzeyin yaradıcıları niderlandlı rəssamlar Yiap Sinke və Ferri van Tongerendir. Onlar layihəni XVI–XVII əsrlərdə Avropada geniş yayılmış “wunderkammer” – nadir və maraqlı əşyaların toplandığı kolleksiyalar ənənəsi əsasında qurublar.
Burada ziyarətçiləri tavandan asılmış nəhəng timsah, xüsusi kompozisiyada yerləşdirilmiş çita, qeyri-adi dəniz canlıları və müxtəlif heyvan skeletləri qarşılayır. Eksponatlar adi təbiət muzeylərindən fərqli olaraq, təbii vəziyyəti təqlid etmək üçün deyil, bədii hekayə yaratmaq məqsədilə yerləşdirilib.
Məkanın ən maraqlı ideyası isə qəfəslərlə bağlıdır. Adi zooparklarda heyvanların məhdudlaşdırıldığı halda, Art Zoo-da insanlar qara metal qəfəslərlə əhatələnmiş otaqlarda gəzirlər. Heyvan fiqurları isə sanki sərbəst şəkildə məkanda dolaşır. Beləliklə, muzey ziyarətçinin özünü sərginin bir hissəsi kimi hiss etməsinə çalışır.
Müəlliflərin sözlərinə görə, eksponatların heç biri təbiətdən götürülməyib. Heyvan nümunələri təbii səbəblərdən ölmüş zoopark heyvanlarından əldə olunub. Bu qeyri-adi layihə həm təbiət tarixini, həm incəsənəti, həm də insanın heyvanlarla münasibətinə dair sualları bir araya gətirir.
“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi? Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində
Baxış sayı:96
Bu xəbər 30 Oktyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















