Icma.az
close
up
RU
Ana dilimiz: ən gözəl arzu... Əli Cabbarov yazır

Ana dilimiz: ən gözəl arzu... Əli Cabbarov yazır

Icma.az bildirir, Mia.az portalına istinadən.

Əli Cabbarov,

Naxçıvan Dövlət Universitetinin dosenti

***

Dünya gündəminin bu qədər qarışıq, regional siyasət gündəliyinin sıx və daxildəki iqtisadi və sosial məsələlərin həllinin bu qədər vacib olduğu bir dönəmdə Prezident cənab İlham Əliyevin zaman-zaman doğma dilimizin qorunması, onun zənginliyinə xələl gətirilməməsi kimi problemin vacibliyinin üzərində dayanması müstəqil Azərbaycan Respublikası dövlətinin öz əsaslarına, atributlarına nə qədər hörmətlə yanaşıdığını bir daha sübut edir.

Dövlət başçımız cənab İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunmasına ayırdığı diqqətlə bağlı verilən suala cavabında bunu bir millətin var olmaq məsələsi kimi də dəyərləndirib, bütün ölkə ictimaiyyəti və ziyalılar qarşısında mühüm vəzifə olduğunu çox açıq şəkildə ifadə etmişdir.

Dünya dillərinin yaranması və inkişafı ümumi bəşəri proseslərin bir parçası olmaqla, qlobal humanitar və mədəni inkişafda da səbəb-nəticə əlaqələri baxımından mühüm amillərdən biridir. Dil məhz yüz milyonlarla insanı vahid bir məkan ətrafında birləşdirən gücdür. Dilin funkisyası təkcə fərdlərarası ünsiyyət vasitəsi olmayıb, həm də mükəmməl dil bilklərinə sahib olan hər insanın cəmiyyətdə özünə yer tapması ilə izah olunur. Bu mənada, əcnəbi dil bilgilərindən qabaq insanın sahib olduğu öz ana dili onun milli kimliyi ilə yanaşı sözün əsl mənasında, həm də özünə sahibliyi, bu mülkün ona gətrdiyi baş ucalığıdır. Ona görə də hələ min illərdən bəri yaşayan doğma Azərbaycan dilimiz bizim əsl milli sərvətmimiz olub, 50 milyon azərbaycanlının ortaq dəyəri, can parçasıdır.

Mürəkkəb coğrafiyanı paylaşan Azərbaycan xalqı tarixin çətin sınaqlarında dilinin də varlığını qoruyub saxlamış, onun saflığına sahib çıxmışdır. Hələ Şah İsmayıl dövründən rəsmi dövlət dili kimi istifadə olunmuş Azərbaycan dili bizim gözümüzdə haqlı olaraq dünyanın ən şirin, ən məlahətli, axıcı və şeiriyyət dili olub, ən çətin hüquqi, siyasi və ədəbi mükalimələrdə zənginliyi ilə seçilən qədim dünya dillərindən biridir. Azərbaycanlılar ürəyindəki ən şirin arzuları məhz ana dilmizdə ifadə etməklə dünyanın ən xöşbəxti olduğu kimi qarşı tərəfə çatdırmaq istədyi ən qəti məsajı da Azərbaycan dilində ifadə etməklə dünyanın ən kəsərli insanı olmaqdan qürur duyurlar.

Azərbaycan dili təmiz, təkrarçılıqdan uzaq, bənzərsiz isimlər dəryasıdır. Təyini və tamamlığı hər kəsə aydın olan Azərbaycan dilindəki feillərin zərifliyi də “sevirəm” kəlməsi kimi hər kəsin ürəyinə yatandır. Qısası, dilimiz elə bir sərvətdir ki, onun sayəsində biz bu gün gözəl ölkəmizi və dünyanı və tanıyır, danışır, yazır, yaradır, sevir, sevlilirik. Dilimiz olmasaydı, yaxud o indi yaşamasaydı, bu gün bəlkə indiki qalib Azərbaycan da olmazdı. Ancaq dilimiz qədər dəyərli əmanəti qoruyub saxlamaqla bu gün dünya xalqları arasında “azadlıq” kəlməsini də böyük iftixarla paylaşa bilən Azərbaycan xalqı tarix boyu qurduğu ən güclü dövlətin də vətəndaşı olmağın qürurunu yaşayır. Bununla da Azərbaycanda, onun sərvətlərində gözü olan bütün “gözü çıxmış” təpəgözlər qarşısında elə bir güclü qətiyyət dayanır ki, onun dəmir yumruğu ölkəmizə qarşı uzanan əlləri kəsib atdığı kimi dərin dövlət səriştəsi də istənilən qaragüruhun dilini kəsməyə qadirdir.

Belə qaragüruhlar isə gizli-gizli hər yerdə vardır. Lazım oldu, olmadı dilimizə yad kəlmələr gətirib, özlərini guya qabaqda gedən kimi göstərən bəzi axsaqlar bu minvalla ən azı özləri də bilmədən milli dövlətçilimizə zərbə vurur, gəncləri bizə miras qalmış doğma dilmizdən ayrı salmağa “xidmət edirlər”. İndiki internet, süni intellekt və turizm dövründə özlərinin daxili mənəvi boşluqlarından qaynaqlanan yoxsulluğun təsiri ilə asanlıqla başqa dillərin təsirinə düşən belələrini tənbeh etmək üçün isə ən yaxşı vasitə isə fikrimizcə, elə yenə də gözəl Azərbaycan dili, onun zərifliyi və zənginliyidir. Çünki, Azərbaycanın kiminsə torpağında gözü olmadığı kimi azərbaycanlılar da başqa dillərə ehtiyacı olmadan dünyadakı hər cür yeniliyi öz dilində qarşılamağa, onu tanımağa və həzm etməyə gücü çatır.

Tam suveren güclü Azərbaycan dövləti kimi Azərbaycan dili də bu gün özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Dövlət başçımızın da qeyd etdiyi kimi: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir.” Bu nailiyyəti qorumaq isə hər bir azərbaycanlının vəzifəsindən daha çox onun arzusu olmalıdır. Bizim arzumuz isə bütün azərbaycanlıların Azərbaycan dilində bizim kimi danışa bilməsidir.

Bu ən gözəl arzudur!

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Fevral 2026 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri