Icma.az
close
up
RU
Ana dilinə həsr olunan tədbir keçirilmişdir Yeni Gündəm

Ana dilinə həsr olunan tədbir keçirilmişdir Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

Fevral ayının 21-də “Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında cənab Prezidentin 09.04.2013-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycan dilinin saflığının qorunması və düzgün istifadəsi” və “Hərbi təhsil müəsisələrində Azərbaycan dilinin və nitq mədəniyyətinin tətbiqi” mövzularında tədbir keçirilmişdir.

Əvvəlcə Dövlət Himni səsləndirilmiş, daha sonra xalqımızın Dahi Öndəri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, Azərbaycan Respublikasının əməkdar müəllimi, Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, Xarici dil kafedrasının rəisi İlhamə xanım Məmmədova məruzə ilə çıxış etmişlər.

Çıxış edənlər xalqın, millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus doğma dilinin olmasını, toplumun xalq kimi məhz ana dili vasitəsilə özünü sübut etdiyini bildirmiş və bunun müstəqilliyimizin başlıca amillərindən olan dilimizə ehtiramın göstəricisi olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı bir sıra Sərəncamlarda da öz əksini tapdığını xüsusi vurğulamışlar.

Sonda tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan dili haqqında çıxışları barədə hazırlanmış maarifləndirmə videosu nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçıları və qonaqlarla xatirə fotoşəkli çəkdirilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 21 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri