Icma.az
close
up
RU
“Ana, müharibəyə mən getməyim, o getməsin, bəs kim getsin?!”

“Ana, müharibəyə mən getməyim, o getməsin, bəs kim getsin?!”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Vətən müharibəsi başlayanda o, ailəsindən gizlin olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, könüllü olaraq ön cəbhəyə yollanmışdı. 

Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ilin 30 yanvarında Bakıda doğulub. 1998-2010-cu illərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə təhsil alıb. 2010-cu ildə Qazaxdakı hərbi hissədə xidmətdə olub.

Ailənin ən kiçiyi olan Fərhad 24 oktyabr 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 "Fərhad hələ general Polad Həşimovun dəfnindəki izdihamı görüb, özünə şəhidlik arzulayırdı. 

Səmayə xanımın  xatirələrindən: mən onun necə biri olduğunu bilirdim. Axı mən anayam, onu fikirlərindən, danışmayanda gözlərindən oxuyurdum. O qədər səliqəli idi, o qədər təmizkar idi ki. Balamı məndən yox, eldən soruşun, yoldaşlarından, dostlarından, qohum-əqrəbadan soruşun, onun necə biri olduğunu desinlər.

“Heç olmasa deyirəm qazi kimi qayıdaydı, ayağını itirəydi, nəfəsi üstündə olaydı. Anayam, özümə təskinlik verirəm, amma hər dəfə uşağımın dəfni yadıma düşəndə o dünyanı görürəm. Hər şənbə onu ziyaərətə gedirik, sadəcə, dözə bilmirəm. Biri var valideyn itkisi, qohum itkisi, bir də var bala itkisi. Bu, sadəcə dözülməzdir".

Fərhadın şəhidlik zirvəsinə ucalmasından 4 ay keçməsinə baxmayaraq, Səmayə xanımın övlad yarası hələ də qanayır, hələ də kimsə ovundura bilmir onu: “Fərhad şəhid olana qədər mən bilmirdim ki, orduya könüllü yazılıb. Elə bilirdim hərbi komissarlıq çağırıb. Fərhad general Polad Həşimov şəhid olanda yoldaşları ilə birgə onun dəfn mərasiminə getmişdi. Evə gələndə dedi, “ana, şəhid olmaq nə gözəl şey imiş”. Dəfndəki izdiham ona əlçatmaz duyğular vermişdi, o sözü o qədər ürəkdən dedi ki... “İnşallah şəhidlik bizə də qismət olar”. İnsan nəyi içdən arzulayırsa, ona da nail olur. Fərhadım kimi...Gedəndə çox yalvardım ki, bala, bəlkə getməyəsən. Dedi, “Ana, mən getməyim, o getməsin, bəs kim getsin?!”

Səmayə xanım heç bir anaya övlad itkisi arzulamadığını deyir: "Telefonlarını, saatını çıxarıb televizorun yanında qoyub getmişdi. Bizə zəng edəndə də yoldaşlarının telefonundan zəng edirdi. Hər gün əlaqə saxlayırdı, ya da əvvəldən xəbər edirdi ki, 1 həftə olmayacaq. Şəhid olan gün, oktyabrın 24-də saatı da dayanıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlıda döyüşüb. Şəhid xəbəri də Qubadlıdan gəldi. Sonradan Füzuliyə aparıblar. Təsadüfən qonşu uşaqlar yardım aparanda deyiblər ki, Günəşli uşağı şəhid olub. Sonra qardaşı getdi nəşini gətirməyə. Doymadım balamdan, hər dəqiqə darıxıram onunçün. Onsuzluğa öyrəşməliyəm deyirlər, amma öyrəşə bilmirəm, alınmır. Heç cür vərdiş edə bilmirəm”...

Şəhidimizin anası deyir ki, Fərhadın rayonda dəfn olunmasını atası istəyib: "Onsuz da biz də gedəcəyik onun yanına. Xiyabanda dəfn olunsaydı, bu mümkünsüz olacaqdı. Ona görə qərar verdik ki, rayonda dəfn edilsin. Sonra biz də ondan ayrı düşməyək. Fərhadın dəfni vaxtı rayonlara gediş-gəliş qadağan, yollar bağlı idi, amma sağ olsunlar bizə şərait yaratdılar”.

Musiqi müəlliməsi olan Səmayə xanım şəhidimizin sevdiyi qızdan da danışıb: "Sevdiyi qiz Nigar Cəbrayıldan idi. Cəbrayıl alınanda Fərhad zəng edib ki, "Vətənini azad etmişik”. O qızı məcburən bizə çağırdım. Bilirdim ki, ürəyi yanır, ürəyi burdadır. Ona görə çağırdım. Dedim, "Nigar, sən mənim qızımsan. Allah qoysa, ailə də quracaqsan, xoşbəxt də olacaqsan, amma mənim qızım olaraq qalacaqsan"... Onu görəndə elə bilirəm Fərhadımı görürəm. İgidimdən bir nişanə bilirəm onu. Fərhad onu çox istəyirdi. onun ürəyində bircə Nigar vardı. 5 il idi bir-birilərini sevirdilər. Hər dəfə elçi getmək istəyəndə nəsə olurdu. Axırıncı dəfə pandemiya düşdü, sonra da müharibə aldı apardı oğlumu bizdən”...

Fərhad Babayev öz təmiz qəlbi, yüksək vətənpərvərliyi və Vətən sevgisi ilə gənc nəslə nümunə olan unudulmaz Zəfər şəhidimizdir. Anasının dediyi kimi: "İnsan nəyi içdən arzulayırsa, ona da nail olur..." Fərhad da arzusu olan şəhadət zirvəsinə ucaldı!

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fərhad Babayev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri