Ana öz övladını bilmədən zəhərləyə bilər Qidalanmada yol verdiyimiz SƏHVLƏR
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tovuz rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Bakıvaxtı.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü V.Əhmədli, 1986-cı il təvəllüdlü R.Əhmədli, onların övladları 15 yaşlı D.Əhmədli və 12 yaşlı B.Əhmədliyə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Onların pendirdən zəhərləndikləri güman edilir.
Son zamanlar qida zəhərlənmələri daha çox ev şəraitində olur. Belə dönəmdə mütəxəssislər ev şəraitində yol verilən səhvlərlə bağlı xəbərdarlıq edirlər.
Qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, ən çox rast gəlinən səhvlərdən biri ət, toyuq və balıq kimi məhsulların alındıqdan sonra saatlarla saxlanılmasıdır:
“Adam ət alır, maşına qoyur, sonra işə gedir. Ət saatlarla isti mühitdə qalır, rəngi, qoxusu dəyişir. Sonra da deyir ki, filan yerdən aldığım ət xarab idi. Əslində problem məhsulun özündə yox, onun düzgün saxlanmamasındadır”.
Onun sözlərinə görə, ət yalnız evə gedən zaman alınmalıdır. Əgər bir saat ərzində evə çatmaq mümkün deyilsə, ətin maşında saxlanması təhlükəlidir və zəhərlənmə riskini artırır.

Ağa Salamov: Ət yeməkləri soyuducuda saxlanmalıdır
Müsahibimiz geniş yayılmış daha bir yanlışa diqqət çəkir - donmuş məhsulların otaq temperaturunda açılması:
“Axşamdan toyuğu çıxarıb masanın üstünə qoyurlar ki, səhərə qədər buzu açılsın. Amma otaq temperaturunda 3 saatdan çox qalan toyuq artıq çirklənməyə məruz qalır və bişirilsə belə təhlükəli olur. Ana öz övladını bu yolla zəhərləyə bilər. Ət, balıq toyuq kimi məhsullar yalnız bişiriləcəyi anda soyuducudan çıxarılmalıdır. Eyni zamanda bu qidalar bişirildikdən sonra da otaq temperaturunda qalmamalıdır”.
Onun sözlərinə görə, donmuş məhsullar yalnız soyuducuda (+4°C) açılmalı və porsiya halında saxlanmalıdır. Həmçinin bir dəfə dondurulmuş məhsulu yenidən dondurmaq olmaz.
Çarpaz çirklənmə riskinə toxunan ekspert, bir çox insanın çiy ət doğradığı taxtada tərəvəz də doğradığında söz açıb:
“Əgər evdə ayrıca taxta saxlamaq mümkün deyilsə, ət doğranmış taxta mütləq yaxşı yuyulmalı və dezinfeksiya olunmalıdır. Sadəcə suyla yuyub, bezlə silmək kifayət etmir”.
Ekspert xəbərdarlıq edir ki, bu kimi davranışlar ailələrdə, xüsusilə uşaqlarda ciddi qida zəhərlənməsinə səbəb ola bilər:
“Qida təhlükəsizliyi qaydalarına diqqət etmək təkcə sanitariya məsələsi deyil, həyati əhəmiyyətlidir”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 17 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















