Ana qaraciyəri ilə oğluna ikinci dəfə həyat verdi
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Antalyada 1 aylıq olarkən “biliar atrezi” diaqnozu qoyulan 3 yaşlı Metehan Gültəkin anasından köçürülən qaraciyər sayəsində sağlamlığına qovuşub.
Sherg.az xəbər verir ki, uzun sürən müalicə prosesindən sonra 1,5 yaşında Metehana anası Çağla Gültəkin tərəfindən qaraciyər transplantasiyası həyata keçirilib.
Övladına qaraciyərinin bir hissəsini bağışlayan ana həmin anları belə xatırlayıb:

“Övladımı ikinci dəfə dünyaya gətirdim. Birinci dəfə bətnimdən, ikinci dəfə isə qaraciyərimdən”.
Ata Osman Gültəkin də əməliyyat günlərinin onlar üçün ağır keçdiyini, lakin uğurlu nəticənin bütün çətinlikləri unutdurduğunu bildirib.

Həkimlərin sözlərinə görə, biliar atrezi doğuşdan öd yollarının olmaması və ya tıxanması ilə müşayiət olunan ağır qaraciyər xəstəliyidir. Vaxtında müdaxilə edilmədikdə yeganə çıxış yolu qaraciyər transplantasiyası olur.
Hazırda 3 yaşı olan Metehanın vəziyyəti qənaətbəxşdir və o, yaşıdları kimi normal həyat sürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 İyul 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















