İkinci dəfə ana olacaq
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı, amerikalı aktrisa Amber Hörd ikinci dəfə ana olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Xəbərdə uşağın atasının kimliyi və adı açıqlanmayıb.
Nəşr yazır ki, aktrisa xoşbəxtdir və artıq xəbəri yaxın dostları ilə bölüşüb.
Qeyd edək ki, Amberin 2021-ci ildə qızı dünyaya gəlib. Aktrisa uşağa Una Peyc adını verib.
“Page Six” nəşrinin məlumatına görə, uşağı surroqat ana dünaya gətirib.
Xatırladaq ki, Depp və Hörd 2009-cu ildə film çəkilişlərində tanış olublar. Cütlük 2015-ci ildə evlənib, 2016-cı ildə boşanıb. Hörd keçmiş ərini məişət zorakılığında ittiham edib. Məhkəmə Amber Hördün Conni Deppə qarşı pis niyyətlə hərəkət edərək, keçmiş həyat yoldaşını ləkələdiyinə qərar verib.
Aktrisa bir müddət “Tesla” və “SpaceX” şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Maskla da eşq yaşayıb.



Baxış sayı:144
Bu xəbər 06 Dekabr 2024 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















