Ana qəzada öldü, oğlu intihar etdi
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Qazaxıstanın Aktöbe vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qulaq-burun-boğaz həkimi ölüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, qəza noyabrın 23-də Kandıağaş–Şalkar avtomobil yolunda, Jurun qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Məlumata görə, “Renault” markalı avtomobili idarə edən qadın sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Sürücü hadisə yerində ölüb. Faktla bağlı məhkəməyədək istintaq başlanılıb. Ölən şəxsin Muğaljar rayon xəstəxanasının qulaq-burun-boğaz həkimi Nazgül Kanturenova olduğu müəyyənləşib. Vilayətin Səhiyyə İdarəsindən bildirilib ki, qadın noyabrın 9-dan əmək məzuniyyətində olub.
Qeyd olunur ki, hadisədən sonra qadının oğlu Rəsul Baktıbay özünü öldürüb. Həkimlə birlikdə oğlunun da dəfn ediləcəyi barədə məlumat yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















