“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin “Amedspor” klubunun hücumçusu Mbaye Caqne klub rəhbərliyinə qarşı sərt ittihamlar səsləndirib.
Apasport.az xəbər verir ki, seneqallı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək beş ay maaş almadan oynadığını və klubun ona borclu olduğunu bildirib.
Caqne rəhbərliyin ona qarşı münasibətindən narazılığını gizlətməyib:
“Həm məni utandırırsınız, həm də güldürürsünüz. O qədər səmimiyyətsiz və təhlükəlisiniz ki... Beş ay maaş almadan oynadım. Buna baxmayaraq, bir kəlmə də şikayət etməyən yeganə futbolçu mən idim. Sizə əlimdən gələn bütün dəstəyi verdim. Sizin üçün etdiyim hər şeyi ürəkdən etmişəm. İndi Superliqada olduğunuz üçün hamınız özünüzü ağıllı göstərməyə çalışırsınız”.
Seneqallı hücumçu bundan sonra klubla münasibətlərinin əvvəlki kimi olmayacağını bildirib:
“Bu gündən etibarən məni itirdiniz. Həm azarkeş, həm futbolçu, həm də qardaş olaraq. Mənə nə qədər borclu olduğunuzu çox yaxşı bilirsiniz. Amma kənardakı insanlar burada nələr yaşandığından xəbərsizdirlər. Siz yalançısınız”.
Caqne klub rəhbərliyini azarkeşləri ona qarşı yönəltməyə çalışmaqda da günahlandırıb:
“Azarkeşlərin mənə nifrət etməsini istəyirsiniz? Problem deyil. Məni aldatmağa, meydandan kənarda problem yaratmağa çalışdınız ki, sonra ‘Baxın, Caqne nə etdi’ deyə biləsiniz. Halbuki bütün bunları özünüz planlaşdırmışdınız. Mən həqiqəti bilirəm”.
Futbolçu “Amedspor”a bağlılığını da vurğulayıb:
“Ameddə sizin adət-ənənələrinizi, musiqinizi və yeməklərinizi ürəkdən qəbul edən ilk futbolçu mən olmuşam. Azarkeşlərə, komanda yoldaşlarıma və kluba həmişə yaxşı münasibət göstərmişəm. Bütün gücümü və təcrübəmi bu komandaya vermişəm. Buradan başımı dik tutaraq ayrılacağam. Adımın ləkələnməsinə icazə verə bilmərəm”.
Qeyd edək ki, “Amedspor”un baş məşqçisi Besnik Hasi daha əvvəl Caqnenin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra düşərgəyə qayıtmadığını və onun harada olduğunu bilmədiyini açıqlamışdı.
“Real Madrid” geridönüşlə qalib gəldi, “Barselona”ya çatdı “Amed”in futbolçusu yoxa çıxdı – Baş məşqçi yerini bilmir Günün oyunları bu kanallarda - TV AFİŞA “Real”da yeni müqavilə - RƏSMİ Kriştiano Ronaldo 1000-ci qola bir addım da yaxınlaşdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Noyabr 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















