Icma.az
close
up
RU
Ana südü steril deyil!

Ana südü steril deyil!

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ənənəvi olaraq  analar, əgər süd insan bədənində ifraz olunursa, o zaman steril, yəni tərkibində heç bir mikrob və ya bakteriyanın olmamasını düşünür.

“The American Journal of Clinical Nutrition” jurnalında çap olunan tədqiqatın nəticələri gözlənilməz oldu. İspaniya alimləri tərəfindən aparılan tədqiqatlar ana südündə 700 növdən artıq bakteriyaları aşkar edibdirlər.

Xarici aləmlə təmasda olan bədənin bağırsaq, ağciyər, dəri kimi  orqanlarında  çox sayda bakteriyalara rast gəlmək olar. Ana südünün tərkibində bakteriyaların olması bir tərəfdən maraqlı gəlir, digər tərəfdən isə anaları körpəyə zərərli olması kimi düşüncələr süddən imtina etməyə vadar edir.

Son illərin tədqiqatları ana südünün tərkibində sağlam sinantrop, yəni insan bədənində bir başa yaşayan bakteriyaların mövcudluğunu göstərdi. Onlara uşaq bağırsağında yer alan bütün stafilokoklar, streptokok, süd turşusu bakteriyaları (Lactococcus) və digər bakteriyalar aiddir. Bu bakteriyalar yalnız dəri qatından ana südünə daxil olanlar deyil, həmçinin ana südünün ayrılmaz komponenti kimi süd vəzinin daxilində yer alan xüsusi bakteriyalardı. Bakteriyaların potensial mənbələri ilkin süd adlanan ağuz südündə mövcuddur. Uşaq hələ doğulmamış artıq süd vəzlərində onun sağlamlığını qoruyan, immun faktorlarla, bakteriyalarla zəngin və imunitetini formalaşdıran ağuz südü hazır şəkildə mövcuddur. İspan tədqiqatçıların nəticələrinə görə bu bakteriyaların rolu  ana südünü  “çirkləndirmək” yox, əksinə mühüm rol oynayaraq, uşağın sağlamlığını qorumaq və immunitetini formalaşdırmaqdır.

Digər bir araşdırmada 16 əmizdirən ananın süd nümunələri təhlil olunmuşdur. Bütün süd nümunələrində yüzlərcə müxtəlif bakteriya növlərindən 9 növü bütün nümunələrdə aşkar olunmuşdur. Digər bakteriya növləri isə anadan anaya fərqlənirdi. Eyni model insan bağırsağındakı mikroblara da aiddir. Beləliklə, bu bakteriyaların ayrı-ayrı növlərinin böyük müxtəlifliyi və insandan insana fərqlənməsi, hər bir insanın təkrarolunmaz fərdi mikrobiomunu təşkil edir.

Körpələrin aldığı ana südü onların şəxsi bakterial mikroflorasını formalaşdırır və inkişaf elətdirir. Ana südündə aşkarlanan bütün bakteriyaların rolu bu vaxta kimi tam olaraq araşdırılmayıbdır. Yəqinliklə demək olar ki, onlar uşağın sağlam inkişafına yönəlibdir. Ana südünün tərkibində elə bakteriyalar var ki, onlar uşaqlara qida maddələrini daha yaxşı həzm etməyə yardım edir və onların immun sistemini inkişaf etdirir.

Hamını maraqlandıran sual bakteriyaların ana südünə necə daxil olmasıdır. Onların bir qisminin körpənin ağzından daxil olma ehtimalı var. Əmizdirmə zamanı uşağın ağzı döş giləsinin dərisi ilə sıx təmasda olur. Qeyd olunduğu kimi insanın dərisi də eyni ilə müxtəlif bakteriyaların yaşadığı bir mühitdir. Bununla yanaşı, ananın bağırsağındakı bakteriyalar immun hüceyrələrə qoşularaq limfa sistemi vasitəsi ilə orqanizmdə dövr edir. Limfa sistemi damar sisteminin bir hissəsini təşkil edərək limfa sahələrindən, limfa adlanan rəngsiz maye toxuma daşıyan limfa yollarından və qanyaradıcı üzvlərdən ibarətdir. Limfa elementlərinə limfositlər, leykositlər və bir az miqdarda eritoblastlar aiddir. Bundan başqa limfa düyünləri qan elementləri – leykositləri və limfositləri əmələ gətirir. Eyni zamanda limfa sisteminin vəzifələrindən biri nazik bağırsağın divarlarından sorulan yağları qan damar sisteminə daşımaqdır.

Bakteriyaları alıb, süd vəzlərinə daşıyan hüceyrələrə dendrit hüceyrələr deyilir. Əmizdirməyən insanlarda onlar bədənin müdafiəsi üçün immun sistemini formalaşdıran bakteriya və digər bakteriyaları daşımaq üçün istifadə olunur. Siçanlar üzərində aparılan son tədqiqatlar zamanı bağırsaqdan bakteriyaların limfa düyünlərinə və süd vəzilərinə daxil olmasını hamiləliyin son aylarında və laktasiya dönəminin əvvəlində baş verməsini müşahidə ediblər. Həmçinin, tədqiqatlar göstərir ki, əmizdirən qadınlara kapsul şəklində canlı (və təhlükəsiz!) bakteriyalar veriləndən sonra, bu bakteriyalar onların südündə müşahidə olunmuşdu.

Normal bakteriyalar bağırsaq epiteli bütövlüyünü təmin etmək üçün çox mühüm rol oynayır.  Tədqiqatlar həzm prosesində iştirak edən bakteriyaların bağırsaq epiteli qatının tamlığını qoruduğunu göstərir. Tədqiqatda 100 trilion bakteriya təşkil edən bağırsaq mikrobiomu iştirak edirdi. Bu bakteriyaların müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında rolu çox əhəmiyyətlidir. Bakteriyalar bədəndə xüsusi metabolitlər (xüsusi kimyavi maddələrin geniş spektri) ifraz edir. Müəyyən bakteriyaların metabolitlərinin udulması bağırsaq epitelisinin tamlığını qorumaqda həlledici rolu var. Bu epiteli bir qat olduğu halda bağırsaq bakteriyalarının qorunmasına və bağırsaqdan toksinlərin bədənə keçməməsinə cavab verir.

Danimarka tədqiqatçıları ana südü ilə qidalanan 9, 18 və 36 aylıq 300-dən  artıq uşaqların nəcisini tədqiq ediblər. Ana südünün uşaqları daha sonrakı yaşlarda piylənmə, şəkər, allerqiya, müxtəlif bağırsaq xəstəliklərindən qoruduğu nəticələrə gəliblər. Bu məhz ana südünün tərkibində olan bakteriyaların uşaqların bağırsağında müsbət mikroflora yaratması ilə əlaqələndirilir. Əmizdirmənin dayandırılması zamanı, uşaq ana südündən məhrum olur, bu öz növbəsində bağırsaq mikroflorasında dəyişiklik yaradaraq bədənin çəki indeksinin artmasına səbəb olur.

Elə hallar ola bilər ki, ananın südü uşağa kifayət etmir və bu zaman uşağa nə vermək seçimi yaranır. Çox təəssüflər olsun ki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, uşaq həkimlərimiz həmən təşkilatın verdiyi siyahıda ən son yer tutan süni qidanı verməyi məsləhət görürlər. Əslində isə ananın öz südü olmadığı halda donor südü və ya süd anasına müraciət etməyi tövsiyə olunur. Ən çox anaları narahat edən donor südündə bakteriyaların olmasıdır.

Kanada alimləri  vaxtından tez doğulan uşaqlara çiy donor südü içizdirirdilər. Onların məqsədi çiy ana südündə yer alan bakteriyaların uşaqlara təsirini müəyyən etmək və doğma ana südü və donor südünün bakteriya tərkibini müqayisə etmək idi. Alimlər xəstəxanada ana südü və donor südü  alan  98 erkən doğulan uşaqların səhhətinə nəzarət edirdilər. Tədqiqatın sonunda alimlər maraqlı nəticələr əldə etdilər. Baxmayaraq ki, nümunələrin bir qismində bakteriyaların miqdarı süd banklarının təsdiq olunmuş normalarından artıq idi, bu uşaqların sağlamlığına heç bir mənfi təsir göstərmədi.

Bütün bu tədqiqatlar bakteriyaların ana südündə olmasının norma olduğunu və hətta uşağın sağlamlığında mühüm rol oynadığını göstərir. Bu mövzu bununla bitmir, çünki bakteriya aləmi hələ də alimlərin maraq dairəsi altındadır. Analar isə rahatlıqla körpələrini əmizdirib, dərindən nəfəs alaraq, ana südünün nə qədər faydalı olduğunu düşünməyi davam etsinlər…

Müəllif: Gülarə Rüstəmova, uşaq psixoloqu, əmizdirmə məsləhətçisi.

Vib.az

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri