Icma.az
close
up
RU
Uşağa ana südü çatırmı?

Uşağa ana südü çatırmı?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Körpəni əmizdirən cavan analar tez-tez narahat olur ki, uşaq doymaya bilər, ona ana südü çatmaya bilər.

Bir çox hallarda belə narahatçılıq üçün ciddi səbəb olmur. Uşağın doyub-doymamasını təyin etmək üçün bir neçə üsul var. Belə ki,- Sağlam yenidoğulmuş uşaq adətən qida qəbul etmək üçün hər 2-3 saatdan bir oyanır (gecə saatlarında bir qədər artıq yata bilər). Əgər uşaq narahatdırsa, 20-30 dəqiqədən artıq yatmırsa və çoxlu ağlayırsa, bu anada südün az olmasından xəbər verə bilər.

Digər tərəfdən, əgər uşaq çox passiv əmirsə, həddən artıq yatırsa və hətta yemək üçün oyanmırsa, bu da yaxşı əlamət deyil. Bu haqda uşağa nəzarət edən həkimə məlumat vermək lazımdır.

- Uşağın çəkisinin normal artması ana südü ilə qidalandırılmanın kifayət olmasının əsas göstəricisidir. 4 ayına qədər uşaq hər həftə 125 qr-dan (1 ay ərzində 500 qr-dan) artıq çəki yığmalıdır. Bu ən aşağı göstəricidir - bəzi uşaqlar 1 ay ərzində hətta 1 kq-dan artıq çəki yığırlar. Nəzərinizə çatdıraq ki, bu hesablamanı apardıqda uşağın çəkisinin ən aşağı nöqtəsindən başlamaq lazımdır. Məsələ burasındadır ki, yenidoğulmuş uşaq həyatın ilk günlərində çəkisinin təxminən 5-8 %-ni itirir. Bu normal fizioloji prosesdir və bununla izah olunur ki, bu ilk günlərində uşaq ana bətnində olan zaman onun bağırsaqlarında yığılmış nəcisdən (mekoniy) və artıq mayedən azad olur. Misal üçün, əgər körpə 3200 qr çəkisi ilə anadan olubsa, o doğulduqdan sonra təxminən 150-200 qr itirir və onun çəkisi təxminən 3050 - 3000 qr olur. Hesablamanı məhz bu göstəricidən (3200 qr-dan deyil!) başlamaq lazımdır.

Körpəni xüsusi elektron tərəzidə çəkmək lazımdır (daim eyni tərəzidən istifadə edin!). Bu prosedura səhər vaxtlarında yerinə yetirilir. Uşaq yalnız nazik bələkdə olmalıdır, "pampersini" çıxardın.

Əgər uşaq 1 ay ərzində 500 qr-dan az çəki yığıbsa, mütləq pediatra müraciət edin.

4 aylığından sonra uşaqlar daha çox hərəkət etməyə başlayır ki, nəticədə onların çəkisi daha az artır (400-500 qr), 6 aylığından sonra bu göstəricilər 300-500 qr ola bilər. Nəzərinizə çatdıraq ki, bu göstəricilər yalnız tək ana südü ilə qidalandırılan uşaqlara aid edilir. Süni qida ("smes") qəbul edən uşaqlar adətən daha tez çəki artırır. Lakin bu heç də o demək deyil ki, süni qidalandırılma "daha yaxşıdır"!

- Uşağa südün kifayət etdiyini təyin etmək üçün digər bir testdən də istifadə olunur - "yaş bələklər" testi. Bu testi həyata keçirmək üçün uşaqdan "pampers" çıxarılmalıdır və uşaq bələnilməlidir (sıx bələnmə istifadə olunmamalıdır!). Testin nəticəsi o halda dəqiq ola bilər ki, uşağa yalnız ana südü verilir. Əgər uşağa əlavə su, çay, süni qida verilirsə, belə eksperiment mənasız sayılır.

Gün (24 saat) ərzində yenidoğulmuş uşaqdan 12 yaş (!) bələk çıxarmalıdır. Əgər bələklərin sayı 8-dən azdırsa, bu o deməkdir ki, uşaq doymur və ananın laktasiyasını stimullaşdırmaq lazımdır. Bunun üçün ana daha tez-tez uşağı əmizdirməli, lazım olduqda həkimin məsləhəti ilə əmizdirmələr arası südünü sağmalıdır. Südün artması və laktasiyanın stimullaşması üçün gecə saatlarında (3.00-8.00 arası) əmizdirmə olduqca vacibdir ki, məhz bu saatlarda laktasiyanın hormonu olan prolaktin daha çox miqdarda  ifraz olunur. Nəzərinizə çatdıraq ki, məhz bu sadaladığımız qaydalar laktasiyanı artıra bilər. Xüsusi südartıran çaylar, bitki dəmləmələri və s. üsullar daha effektsiz sayılır.

Əgər 24 saat ərzində, Siz 6 və daha az yaş bələk dəyişmisinizsə, bu çox təhlükəli haldır və bu haqda mütləq pediatra məlumat vermək lazımdır. Lazım olduqda pediatr əlavə qida ("smes") təyin edəcək.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri