Icma.az
close
up
RU
Ana südünün artırılması

Ana südünün artırılması

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

İlk bir neçə gün və ya həftə ərzində döşləri əmizdirməklə və ya südsağan aparat vasitəsi ilə tez-tez stimullaşdırmaq bol ana südü ehtiyatının yaranmasında mühüm rol oynayır.

Əgər siz öz süd eyhtiyatınızın miqdarının aşağı olduğunu hiss edirsinizsə, aşağıdakı məsləhətlərimizə əməl etməyə çalışın. Əgər siz dediklərimizə davamlı əməl etsəniz, çox güman ki, bir neçə gün ərzində artımı hiss edəcəksiniz. Körpənizin ehtiyacını ödəyəcək qədər süd ehtiyatınızın artırılma prosesi sizdən bir ay və ya daha artıq vaxt tələb edə bilər, lakin bununla siz davamlı və tədrici artımın şahidi olacaqsınız. Siz əmizdirməyə güc və vaxt sərf etdiyinizə görə sevinəcəksiniz, həm də körpəniz buna sevinəcək!

Döşü daha çox stimulyasiya edin

- Daha tez-tez əmizdirin, 24 saat ərzində ən azı 8-12 dəfə

- Uşaq əmziklərindən istifadə etməyin.

- Körpənizi yuxudan oyatmalı olsanız belə, özünüz yatmamışdan əvvəl “bir daha əmizdirmə” prinsipinə əməl etməyə çalışın.

- Hər əmizdirmə zamanı hər iki döşünüzü uşağa verin.

- “Gəyir və Başla” texnikası – hər döşdən iki və ya üç dəfə yararlanmaq və müxtəlif vəziyyətlərdə əmizdirmək

- “Əmizdirməyi artırın” – körpəniz acdırsa, hər 10-20 dəqiqədən bir qısa müddətli əmizdirin.

- Körpənizi əmizdirən zaman döşlərinizi massaj etməklə yaxşı-yaxşı boşaldın.

- Hər əmizdirmədə körpənizin döşlərinizi tamamilə boşaltdığına əmin olun.

Ana südünün azalmasına səbəb olan aşağıdakı amillərdən çəkinin

- Siqaret çəkmək

- Kaffein

- Hamiləlik əleyhinə həblər və inyeksiyalar

- Antikongestantlar, antigistaminlər

- Ağır arıqlama pəhrizləri

- Nanə, cəfəri, adaçayı (həddən artıq miqdarda)

Südsağan aparatdan istifadə edin

- İki komplektli tibbi dərəcəli südsağan aparatdan istifadə edin.

- Əmizdirmədən sonra və əmizdirmə arası südsağan ilə südü sağın.

- Sağmadan öncə 10-15 dəqiqə dincəlin, nə isə yeyin və maye qəbul edin.

- Sağmadan öncə döşlərinizə isti kompres qoyun və masaj edin.

- “Güclü sağma” texnikasından istifadə edin, yəni gün ərzində hər saatda 15 dəqiqə südsağandan istifadə edin. Və ya 10 dəqiqə sağın, 10 dəqiqə dincəlin, 10 dəqiqə yenə sağın və beləcə bir saat ərzində davam edin.

Özünüzü şərti refleksə hazırlayın

- Körpənizi təsəvvür edin, onun şəkillərinə baxın, onun paltarlarını və ya uşaq pudrasını qoxulayın.

- Həmişə eyni sakit, rahat məkanda südsağan vasitə ilə döşünüzü sağın, özünüzə proqram tərtib edin.

- Sakit, dərin və rahat nəfəs alın, çiyinlərinizi sərbəst saxlayın.

Anaya qayğı

- Stess və aktivliyi azaldın, ətrafınızdakılardan kömək alın.

- Çoxlu maye qəbul edin.

- Bəsləyici yeməklərlə qidalanın, prenatal vitaminlərin qəbuluna davam edin.

- Kürəyi sürtmək döşləri təmin edən sinirləri stimullaşdırır (onurğa sütunun orta hissəsi).

- Körpənizlə bədən-bədənə yaxın olan vaxtları artırın, onunla birlikdə istirahət edin.

- İsti vanna qəbul edin, çoxlu oxuyun, düşünün və etməli olduğunuz məsələləri başınızdan çıxarın.

Bitkilər, qidalar və dərmanlar

- Hər gün bir boşqab yulaf yarması yeyin.

- Güldəfnədən hazırlanan yeməklər ana südünün miqdarını xeyli artırır. Adətən gündə üç dəfə 3-5 kapsul dozasında (580-610 mq) qəbul etmək məsləhət görülür. Bu barədə öz həkiminizlə məsləhətləşin. Əgər siz diabetik, hipoqlikemik, asmatiksiniz və ya yer fındığına və digər paxlalılara qarşı allergiyanız varsa, güldəfnə toxumlarından istifadə etməkdən çəkinin. Güldəfnəni bir sıra vitamin mağazalarından və ya sağlam qida mağazalarından əldə edə bilərsiniz. Göstərişə əsasən qəbul edilərsə, bu bitkinin bədəndə zəif spesifik qoxusu biruzə olunur. Bu isə onu göstərir ki, bitki orqanizmdə öz işini görməkdədir. Güldəfnəyə dair ətraflı məlumatıburadan ala bilərsiniz

- Dərmanlar da bəzən süd ehtiyatının artmasına yardım edir. “Metaclopromide”dən (Reglan) istifadə o qədər də uğurlu olmayıb. “Domperidone” isə bu sahədə daha müvəffəqiyyətli uğura imza atıbdır. Dərmanlardan istifadə etməmişdən öncə mütləq öz həkiminizlə məsləhətləşin.

Gündəlik qeydlər aparın

- Südsağan ilə sağma seanslarının sayı, əldə edilən südün miqdarı, körpənizə verməli olduğunuz südün miqdarı və 24 saatlıq südün yekun miqdarına – bu kəmiyyət hər seansda aparat vasitəsilə sağılan südün miqdarından daha önəmlidir – dair gündəlik qeydlər aparmaq çox əhəmiyyətlidir. Bu qeydlər sizin günbəgün necə irəlilədiyinizi görməyə kömək edəcək.

- Öz həkiminizlə əlaqə saxlayın, belə ki, o sizin inkişafınıza nəzarət edə və lazımi dəyişikləri edə bilər.

Ayrılmış cift

- Əgər siz 2 həftə sonra heç bir irəliləyiş görmüzsünüz və hələ də vaginal qanaxma müşahidə edirsinizsə, o zaman öz həkimizə müraicət edin və ayrılmış cift qalığının qalıb qalmamasına dair yoxlanın. Südün gəlməsinin qarşısını almaq üçün ciftin ən kiçik hissəsi belə kifəyət qədər hormon irfraz edə bilir.

Hipotiroid

- Həkimizlə məsləhətləşərək qalxanabənzər vəzin səviyyəsini yoxladın. Qalxanabənzər vəzin səviyyəsinin aşağı olması süd ehtiyatına öz təsirini göstərir. Əgər siz qalxanabənzər vəz üçün dərman qəbul etmisinizsə, doğuşdan sonra qalxanabənzər vəzin səviyyəsini bir daha yoxladın. Ola bilər ki, siz tiroid dərmanınızı dəyişməli olasınız.

Əgər əlavə qida məsləhət görülürsə

- Lazım olan miqdarı həkiminizlə müəyyənləşdirin.

- Əmizdirmədən sonra südsağan ilə döşünüzü sağın.

- Əlavə süni qidanı elə verin ki, əmizdirmə ilə qarışdırılmasın.

- Birinci metod sinənin üzərində tübik və ya şprisdən istifadə etmək,

- İkinci metod stəkan, qaşıqdan istifadə.

- Üçüncü metod əmzikli şüşə ilə əmizdirmə.

- Tədricən əlavə süni qidalardan istifadə etməyi tərgidin ki, döşlərinizdə südün daha çox istehsalına nail olasınız.

Müəllif: Vergie Hughes( RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi,
“Lactation Education Resources” proqram direktorudur.
Tərcümə edən: Mirzəyeva Ülviyyə, “VİBaby” layihəsinin Koreya/Ingilis dilləri üzrə tərcüməçisi.

Vib.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri