Icma.az
close
up
RU
Ana südünün artırılması üçün ÜMUMİ TƏLİMAT

Ana südünün artırılması üçün ÜMUMİ TƏLİMAT

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

İlk bir neçə gün və ya həftə ərzində döşləri əmizdirməklə və ya südsağan aparat vasitəsi ilə tez-tez stimullaşdırmaq bol ana südü ehtiyatının yaranmasında mühüm rol oynayır.

Əgər siz öz süd eyhtiyatınızın miqdarının aşağı olduğunu hiss edirsinizsə, aşağıdakı məsləhətlərimizə əməl etməyə çalışın. Əgər siz dediklərimizə davamlı əməl etsəniz, çox güman ki, bir neçə gün ərzində artımı hiss edəcəksiniz. Körpənizin ehtiyacını ödəyəcək qədər süd ehtiyatınızın artırılma prosesi sizdən bir ay və ya daha artıq vaxt tələb edə bilər, lakin bununla siz davamlı və tədrici artımın şahidi olacaqsınız. Siz əmizdirməyə güc və vaxt sərf etdiyinizə görə sevinəcəksiniz, həm də körpəniz buna sevinəcək!

Döşü daha çox stimulyasiya edin

- Daha tez-tez əmizdirin, 24 saat ərzində ən azı 8-12 dəfə

- Uşaq əmziklərindən istifadə etməyin.

- Körpənizi yuxudan oyatmalı olsanız belə, özünüz yatmamışdan əvvəl “bir daha əmizdirmə” prinsipinə əməl etməyə çalışın.

- Hər əmizdirmə zamanı hər iki döşünüzü uşağa verin.

- “Gəyir və Başla” texnikası – hər döşdən iki və ya üç dəfə yararlanmaq və müxtəlif vəziyyətlərdə əmizdirmək

- “Əmizdirməyi artırın” – körpəniz acdırsa, hər 10-20 dəqiqədən bir qısa müddətli əmizdirin.

- Körpənizi əmizdirən zaman döşlərinizi massaj etməklə yaxşı-yaxşı boşaldın.

- Hər əmizdirmədə körpənizin döşlərinizi tamamilə boşaltdığına əmin olun.

Ana südünün azalmasına səbəb olan aşağıdakı amillərdən çəkinin

- Siqaret çəkmək

- Kaffein

- Hamiləlik əleyhinə həblər və inyeksiyalar

- Antikongestantlar, antihistaminlər

- Ağır arıqlama pəhrizləri

- Nanə, cəfəri, adaçayı (həddən artıq miqdarda)

Südsağan aparatdan istifadə edin

- İki komplektli tibbi dərəcəli südsağan aparatdan istifadə edin.

- Əmizdirmədən sonra və əmizdirmə arası südsağan ilə südü sağın.

- Sağmadan öncə 10-15 dəqiqə dincəlin, nə isə yeyin və isti maye qəbul edin.

- Sağmadan öncə döşlərinizə isti kompres qoyun və masaj edin.

- “Güclü sağma” texnikasından istifadə edin, yəni gün ərzində hər saatda 15 dəqiqə südsağandan istifadə edin və ya 10 dəqiqə sağın, 10 dəqiqə dincəlin, 10 dəqiqə yenə sağın və beləcə bir saat ərzində davam edin.

Özünüzü şərti refleksə hazırlayın

- Körpənizi təsəvvür edin, onun şəkillərinə baxın, onun paltarlarını və ya uşaq pudrasını qoxulayın.

- Həmişə eyni sakit, rahat məkanda südsağan vasitə ilə döşünüzü sağın, özünüzə proqram tərtib edin.

- Sakit, dərin və rahat nəfəs alın, çiyinlərinizi sərbəst saxlayın.

Anaya qayğı

- Stess və aktivliyi azaldın, ətrafınızdakılardan kömək alın.

- Çoxlu maye qəbul edin.

- Bəsləyici yeməklərlə qidalanın, prenatal vitaminlərin qəbuluna davam edin.

- Kürəyi sürtmək döşləri təmin edən sinirləri stimullaşdırır (onurğa sütunun orta hissəsi).

- Körpənizlə bədən-bədənə yaxın olan vaxtları artırın, onunla birlikdə istirahət edin.

- İsti vanna qəbul edin, çoxlu oxuyun, düşünün və etməli olduğunuz məsələləri başınızdan çıxarın.

Bitkilər, qidalar və dərmanlar

- Hər gün bir boşqab yulaf yarması yeyin.

- Güldəfnədən hazırlanan yeməklər ana südünün miqdarını xeyli artırır. Adətən gündə üç dəfə 3-5 kapsul dozasında (580-610 mq) qəbul etmək məsləhət görülür. Bu barədə öz həkiminizlə məsləhətləşin. Əgər siz diabetik, hipoqlikemik, asmatiksiniz və ya yer fındığına və digər paxlalılara qarşı allergiyanız varsa, güldəfnə toxumlarından istifadə etməkdən çəkinin. Güldəfnəni bir sıra vitamin mağazalarından və ya sağlam qida mağazalarından əldə edə bilərsiniz. Göstərişə əsasən qəbul edilərsə, bu bitkinin bədəndə zəif spesifik qoxusu biruzə olunur. Bu isə onu göstərir ki, bitki orqanizmdə öz işini görməkdədir.
- Dərmanlar da bəzən süd ehtiyatının artmasına yardım edir. Dərmanlardan istifadə etməmişdən öncə mütləq öz həkiminizlə məsləhətləşin.

Gündəlik qeydlər aparın

- Südsağan ilə sağma seanslarının sayı, əldə edilən südün miqdarı, körpənizə verməli olduğunuz südün miqdarı və 24 saatlıq südün yekun miqdarına – bu kəmiyyət hər seansda aparat vasitəsilə sağılan südün miqdarından daha önəmlidir – dair gündəlik qeydlər aparmaq çox əhəmiyyətlidir. Bu qeydlər sizin günbəgün necə irəlilədiyinizi görməyə kömək edəcək.

- Öz həkiminizlə əlaqə saxlayın, belə ki, o sizin inkişafınıza nəzarət edə və lazımi dəyişikləri edə bilər.

Ayrılmış cift

- Əgər siz 2 həftə sonra heç bir irəliləyiş görmüzsünüz və hələ də vaginal qanaxma müşahidə edirsinizsə, o zaman öz həkimizə müraicət edin və ayrılmış cift qalığının qalıb qalmamasına dair yoxlanın. Südün gəlməsinin qarşısını almaq üçün ciftin ən kiçik hissəsi belə kifəyət qədər hormon irfraz edə bilir.

Hipotiroid

- Həkimizlə məsləhətləşərək qalxanabənzər vəzin səviyyəsini yoxladın. Qalxanabənzər vəzin səviyyəsinin aşağı olması süd ehtiyatına öz təsirini göstərir. Əgər siz qalxanabənzər vəz üçün dərman qəbul etmisinizsə, doğuşdan sonra qalxanabənzər vəzin səviyyəsini bir daha yoxladın. Ola bilər ki, siz tiroid dərmanınızı dəyişməli olasınız.

Əgər əlavə qida məsləhət görülürsə

- Lazım olan miqdarı həkiminizlə müəyyənləşdirin.

- Əmizdirmədən sonra südsağan ilə döşünüzü sağın.

- Əlavə süni qidanı elə verin ki, əmizdirmə ilə qarışdırılmasın.

- Birinci metod sinənin üzərindən zond borucuğu bərkitməklə istifadə etmək,

- İkinci metod stəkan, qaşıqdan istifadə və digər döşdənkənar əmizdirmə üsulları (pipet, fincan, şprits və s).

- Üçüncü metod əmzikli şüşə ilə əmizdirmə.

- Tədricən əlavə süni qidalardan istifadə etməyi tərgidin ki, döşlərinizdə südün daha çox istehsalına nail olasınız.

Müəllif: Vergie Hughes

Tərcümə edən: Mirzəyeva Ülviyyə

Mənbə: Anasudu.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri