Ana uşağına qoyduğu bu ada görə həbs edildi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda gördüyü qeyri-adi bir ad qoyduğuna görə həbs edilib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “The Mirror” nəşri yazıb.
Belə ki, 14 uşaq anası Kirsti Larsen doğuşdan qısa müddət əvvəl yuxusunda övladına “Bridge” adını verməli olduğunu deyən bir səs eşidib. O, ibrani dilindəki ekvivalenti olan “Geşer” adını seçib. Lakin Norveç hakimiyyəti adı çox yad və qeyri-adi hesab edərək qeydiyyatdan keçirməkdən imtina edib.
Ölkədə uşaqlara onların nüfuzuna zərər verə biləcək adların verilməsini qadağan edən qaydalar olduğu üçün məhkəmə anaya cərimə kəsib, lakin o ödəməkdən imtina edib. Buna görə də onun cəriməsi iki günlük həbslə əvəz edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 07 Avqust 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















