ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 10 noyabr, AZƏRTAC
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 10 yanacaqdoldurma təyyarəsi Böyük Britaniyada yerləşən ikinci hərbi aviabazanı da tərk edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təyyarələr İngiltərənin Suffolk qraflığındakı RAF Mildenhall aviabazasından havaya qalxıb. Təyyarələrin bir hissəsi ABŞ-nin Avropadakı digər hərbi bazalarına, digərləri isə Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Prestvik hava limanına enib.
Qeyd edək ki, bir neçə həftə əvvəl ABŞ İranla əlaqəli olduğu ehtimal edilən təhlükəsizlik insidentindən sonra RAF Fairford aviabazasından bombardmançı təyyarələrini geri çəkmişdi.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü ABŞ hərbi təyyarələrinin son yerdəyişməsi ilə bağlı bildirib ki, nazirlik digər ölkələrin hərbi fəaliyyətini mütəmadi olaraq şərh etmir.
“Təyyarələr və digər hərbi vasitələr əməliyyat tələblərinə uyğun olaraq müntəzəm şəkildə yerdəyişmə həyata keçirir”, – deyə nazirliyin nümayəndəsi qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Noyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















