Icma.az
close
up
RU
“Ana uşaqları”, yoxsa “nənə uşaqları”?

“Ana uşaqları”, yoxsa “nənə uşaqları”?

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Cəmiyyətdə ən çox rast gəldiyimiz hallardan biri də işləyən anaların uşaqlarına baxmaq üçün nənələrə üstünlük vermələridir. Bu, həm maddi, həm də mənəvi baxımdan anaların üstünlük verdikləri bir yoldur. Ancaq əgər nənə başqa bir şəhərdə (rayonda, qəsəbədə və ya kənddə) yaşayırsa, onda bu məsələ üzərində bir neçə dəfə düşünmək lazımdır. Başqa sözlə, uşağı anadan uzun müddət ayırmaq ana-uşaq münasibətləri baxımından çox ciddi bir təhlükə deməkdir. Üstəlik, analarından uzaqda böyüyən uşaqlar evlərinə qayıtdıqda ailələrinə uyğunlaşmaqda çətinlik çəkirlər.
Bu məsələdə ortaya çıxan başqa bir problem isə “uşaqlıq depressiyası”dır. Belə uşaqlarda normal depressiya əlamətləri ilə yanaşı, alt islatmaq, dırnaq yemək və s. kimi əlamətlər də müşahidə olunur. Hətta, nənə-uşaq münasibətlərində hər hansı bir problem olmadığı hallarda belə bu təhlükə davam edir. Buna görə də, valideynlər “uşaqlıq depressiyası” ilə qarşılaşdıqda ümidsizliyə düşməməli və bir mütəxəssisdən kömək istəməlidirlər. Digər tərəfdən, belə hallarda ünsiyyətə yenidən başlamaq və ya ünsiyyəti möhkəmləndirmək də problemin həllinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, nənə-uşaq münasibətlərindəki əsas problemlərdən biri də nənələrin (təbii ki, babaların da) nəvələrinə qarşı hiss etdikləri ifrat sevgidir. Bu isə ilk növbədə nənə və nəvə arasında sevgi-tərbiyə tarazlığının pozulmasına səbəb olur. Halbuki, hər bir uşağın inkişafında sevgi qədər tərbiyənin də əhəmiyyəti böyükdür. Buna görə də, nənələr bu tarazlığı maksimum dərəcədə qorumağa çalışmalı və ilk yaşlardan nəvələrə “səhv-düz” və “yaxşı-pis” kimi keyfiyyətləri aşılamağa çalışmalıdırlar. Təbii ki, nənələr bu məsələdə anaların köməyindən də istifadə etməyi unutmamalıdırlar.
Ən çox yol verilən səhvlərdən biri də uşağın həftənin əvvəlində nənəsinin, həftənin axırında isə anasının yanında qalmasıdır. Halbuki, uşağın inkişafında zamanın rolu böyük olduğu kimi, məkanın da rolu böyükdür. Üstəlik, bu zaman da, məkan da sabit olmalıdır. Digər tərəfdən, uşaqla bağlı bütün qərarları ata və ana verməlidir. Bu vəziyyətdə uşağa baxan kim olursa-olsun, ikinci planda qalmalıdır.
Uşağa baxmaq məsələsinə gəlincə, burada əsas üstünlük uşaqla daha yaxşı ünsiyyət quranlara və uşağın inkişafına daha yaxşı “töhfə verənlərə” verilməlidir.
Aygün Vəliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:383
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Oktyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri