FIFA dan Bakıda beynəlxalq seminar
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Olimpiya Stadionunda fiziki tərbiyə müəllimləri üçün metodik seminar keçirilib.
Futbolpress.az xəbər verir ki, tədbir AFFA-nın təşkilatçılığı, FIFA-nın “Məktəblərdə Futbol” (Football for Schools) proqramının dəstəyi və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində reallaşıb. Seminarın əsas məqsədi məktəblərdə futbolun tədrisi keyfiyyətini artırmaq, pedaqoqların peşəkar vərdişlərini təkmilləşdirmək və idmanın bu növünü şagirdlər arasında kütləviləşdirməkdir.
Tədbirin rəsmi hissəsində AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə, baş katibin müavini Elçin Məmmədov, Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəisi Kifayət Mustafayeva və FIFA-nın məsul rəhbəri Frank Kastilyo iştirak ediblər. Çıxışçılar uşaqların idmana yönləndirilməsində müəllimlərin müstəsna rolunu vurğulayıblar.
Seminar iki əsas mərhələdə təşkil olunub. Nəzəri hissədə FIFA nümayəndələri Antonio Sançez, Melvin Mendi və AFFA təlimatçısı Osman Rəhimov proqramın prinsiplərini izah ediblər. Həmçinin Azərbaycan dilinə uyğunlaşdırılmış “Football for Schools” mobil tətbiqi nümayiş etdirilib, dərslərin planlaşdırılması qaydaları diqqətə çatdırılıb.
Günün ikinci yarısında müəllimlər meydançada müxtəlif futbol tapşırıqlarını icra edərək öyrəndiklərini praktiki şəkildə tətbiq ediblər.
Bölgələrdə çalışan müəllimlər üçün canlı yayımlanan təlimlərin ardı olaraq, oktyabrın 29-da Bakı Olimpiya Stadionunda “Boots for All” futbol festivalı keçiriləcək.
Baxış sayı:61
Bu xəbər 28 Oktyabr 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















