Ana bətnində körpə ölümlərinin sayı niyə artıb? SƏBƏBLƏRİ
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb. Ötən ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.
Milli.Az xəbər verir ki, mütəxəssizlər qeyd edir ki, son vaxtlar erkən doğuşların sayında artım var. Bu da körpə ölümlərinin tez-tez baş verməsinə səbəb olur. Beynəlxalq statistika göstərir ki, hamiləliyin 37-ci həftəliyinə qədər vaxtından əvvəl dünyaya gələn körpələrin 70 faizi tələf olur.
TƏBİB-in şöbə müdiri Sevinc Məmmədova hamiləlik dövründə ana bətnində körpənin ölümünə səbəb olan risklər ana ölümünə də gətirib çıxara biləcəyini deyib.
"Hamiləliyin 22-ci həftəsindən sonra hamiləlik bəzən fəsadlaşır. Bu hallarda körpə inkişafdan da qala bilər. Analar həkim tövsiyə edəndə müayinələrdən keçin deyilən zaman valideynlər sadəcə uziyə gedirlər. Bu isə kifayət eləmir. Daha ciddi yanaşmaq lazımdır".
Son 10 gündə ana olmağa hazırlaşan qadınların 2-sində hamiləliyin 38-40cı həftəsində ölü döl xaric edilib.
Mama-ginekoloq Rəna Həsənəliyeva bildirib ki, bu müxtəlif səbəblərdən baş verir.
"Ən çox dölün özünün qüsurlarıdır. Daha çox ciftə qan dövranının pozulmasıdır. Yəni, ana ilə dölün arasında olan ciftdə qanda trombositlərin sayı çox olanda bu hallar baş verə bilər.
Rayonlarda körpə ölümlərinin ilkin səbəbi vaxtında müayinələrə gedilməməsi, analizlərin düzgün verilməməsi ola bilər. Hamilə qadınlar hər ay mama-ginekoloqun qəbulundan keçməlidir".
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















