Icma.az
close
up
RU
Anafilaktik şok zamanı nə etməli?

Anafilaktik şok zamanı nə etməli?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Anafilaktik şok - Kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla, həyat üçün təhlükə yaradan vəziyyətdir.

Sağlamolun.az xəbər verir ki, anafilaktik şok ən çox penisillin və başqa antibiotiklərin, habelə müalicə serumları, rentgenokontrast maddələr və s. daxil edilməsindən sonra baş verir.

Əsas əlamətlərin preparatın yeridilməsindən sonra dərhal döşdə sıxıntı, başgicəllənməsi, başağrısı, narahatlıq, kəskin zəiflik, bədəndə hərarət hiss edilməsi. Ağır hallarda bu əlamətlərə kollaps simptomları əlavə edilir. Kollaps huşun itirilməsi ilə birgə davam edə bilər, bəzən də komatoz hal inkişaf edir. Bu cür xüsusilə ağır hallarda anafilaktik şok simptomlarının təzahür etməsindən bir neçə dəqiqə sonra ölüm baş verə bilər. Anafilaktik reaksiyanın nisbətən yüngül təzahürü özündəngetmə vəziyyəti və dəridə çox vaxt dərman yeridilməsindən 20 - 40 dəqiqə sonra baş verən qurd eşənəyi tipində geyişən səpgilər şəklində ola bilər.

Anafilaktik şokun ilk simptomları aşkar edilən kimi, dərhal müalicə tədbirləri keçirilməlidir, eyni zamanda təcili olaraq həkim çağırılmalıdır. Prosedur kabinetlərində, tibb bacısı postlarında, təcili yardım məntəqələrində anafilaktik şokun təcili surətdə müalicəsi üçün xüsusi dərmanlar və alətlər dəsti olmalıdır. Ən yaxşısı bu alətlər dəstinə müxtəlif şprislər və birdəfəlik istifadə üçün damcı salanlar (pipetkalar) daxil edilməlidir.


İlk yardım - Müalicəni dərialtı və ya əzələaltı 1 ml 0,1%-li adrenalin məhlulu və ya 1 ml 0,2%-li noradrenalin məhlulu yeridilməsi və eyni zamanda əzələyə 125 mq hidrokartizon (5 ml emulsiya) və ya 60 mq prednizalon yeridilməsi ilə başlayırlar. Diaqnozda şübhə olmadığı zaman isə qeyd edilən dərmanlar həkim gələnə qədər daxil edilməlidir. Sonrakı müalicə zamanı venaya 1 - 2 m 0.2-li noradrenalin məhlulu və 100 - 200 ml fizioloji məhlula və ya 400 ml poliqlükinə əlavə edilən 100 mq prednizalon (və ya 12 mq deksametazon) yeridilir. Yüngül anafilaktik reaksiyalarda venaya 10 ml 10%-li xlorid və ya kalsium-qlükonat məhlulu ilə birgə 2 - 3 ml 1%-li dimedrol məhlulu və ya 1 - 2 ml 2,5%-li diprazin (pipolfen) məhlulu yeridirlər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri