Icma.az
close
up
RU
Anafilaktik şokdan necə qorunmaq olar?

Anafilaktik şokdan necə qorunmaq olar?

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Anafilaktik şokdan olan ölüm halları bütün dünyada hər il qeydə alınır.

Bir çox hallarda bunun səbəbi məhz orqanizmə dərman preparatlarının (inyeksiya, narkoz və s.) yeridilməsi olur.

Nəzərinizə çatdıraq ki, heç bir insan (!) anafilaktik şokdan sığortalanmayıb. Hətta insanda heç bir maddəyə allergik reaksiya olmadıqda belə.

Saglamolun.az bildirir ki, anafilaktik şok güclü və sürətli allergik reaksiyadır. Bu zaman allergen insanın orqanizminə düşdükdən bir neçə saniyə və ya dəqiqədən sonra insanın ürək-damar və nəfəsalma sistemlərində, böyrəklərində, beynində ağır pozulmalar baş verir. Nəticədə lazım olan tibbi yardım dərhal göstərilmədikdə insan həlak ola bilər.

Allergiya xəstəliklərindən və bronxial astmadan əziyyət çəkən insanlar anafilaktik şokun inkişafına görə risk qrupuna daxildir.

Anafilaktik şok insanda bir çox maddələrlə kontakt zamanı inkişaf edə bilər. Lakin bəzi maddələr bu reaksiyaya daha çox hallarda səbəb olur. Bu maddələrin arasında:

- Bəzi qidalar (araxis, qoz, badam, keşyu və s.; balıq və digər dəniz məhsulları və s.)

- Həşəratların (arı, eşşək arısı və s.) dişləməsi.

- Dərman preparatlarının və tibbi manipulyasiyalarında istifadə olunan maddələr. 

Əksər hallarda məhz dərman preparatları və tibdə istifadə olunan bəzi maddələr anafilaktik reaksiyaya səbəb olur. Bu preparatların və maddələrin arasında:

- Antibakterial preparatların ("antibiotiklər") bir çox hissəsi: penisillin və onun törəmələri (amoksisillin, ampisillin, oksasillin, amoksiklav, ampioks, auqmentin və s.), levomisetin, streptomisin, sefalosporinlər və s.

- Anesteziya zamanı istifadə olunan preparatlar: novokain, lidokain və s.

- Vaksinlər və anatoksinlər.

- Rentgen zamanı istifadə olunan kontrast maddələr.

- Miorelaksantlar (narkoz zamanı istifadə olunur).

- Vitaminlər (xüsuilə B qrupu vitaminləri).

- Digər maddələr: lateks (əlcəklər, kateterlər, prezervativlər və s.) və s.

Anafilaktik şokun riskini minimuma azaltmaq üçün bütün tibbi manipulyasiyaları (inyeksiyaların vurulması və s.) yalnız tibbi müəssisələrində edilməlidir. İnsanda anafilaktik reaksiya xəstəxana və ya poliklinikada baş verdikdə ona dərhal lazım olan yardım göstəriləcək və bununla da xəstənin həyatını xilas etmək mümkün olacaq.

Nəzərinizə çatdıraq ki, antibiotiklərin yeridilməsindən əvvəl qoyulan "prob" da anafilaktik şokun inkişafına səbəb ola bilər. Məhz bu səbəbdən mütəxəssislər belə "prob"ları mənasız hesab edir. Anafilaktik şokun inkişafında dərmanın miqdarı rol oynamır!

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri