Icma.az
close
up
RU
Anaları onları qoyub Suriyaya getmişdi Təyyarə qəzasında ölən qardaş bacının yaxını danışdı Video

Anaları onları qoyub Suriyaya getmişdi Təyyarə qəzasında ölən qardaş bacının yaxını danışdı Video

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qardaşım kənddə işləyirdi, bacım isə Türkiyəyə tez-tez gedib gəlirdi. Sonuncu dəfə mənə də təklif etmişdilər, dedim, işlərim var, sonra sizə qoşularam. Onlar Türkiyəyə uçurdular”.

Kamran Seyidov Qazaxıstandakı təyyarə qəzasının qurbanları olan bacı-qardaşın- 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlərin ögey qardaşıdır. Onların anası bir olsa da, ataları fərqli insanlardır. Kamran anasının ikinci evliliyindən doğulub. Deyir ki, körpə yaşlarından ata nənəsi ona baxıb. Uzun müddət bacı-qardaşları ilə bağlı heç bir məlumatı olmayıb.

“Sonra ondan-bundan eşitdim ki, bacım və qardaşım var. Elə oldu ki, soraqlaşıb tapdıq. İki -üç il olardı ki, bizim ünsiyyətimiz var idi. Amma gizli görüşürdük, heç birimizin qohumarının bundan xəbəri yox idi.

Onların çox arzuları, planları var idi. Eşitdiyimə görə, qardaşım gili də balaca vaxtlarında nənəsi böyüdüb”.

Kamran deyir ki, faciə qurbanı olan bacı-qardaşının atası yol qəzasında həlak olub. Anaları isə 3-cü dəfə Türkiyə vətəndaşı ilə münasibət qurub və onunla Suriyaya gedib. Daha sonra övladları ondan xəbər ala bilməyiblər.

“Anamızdan xəbər yoxdur, biz onu çox axtardıq, tapa bilmədik. Anamız 3-dəfə türklə ailə qurmuşdu və ona qoşulub Suriyaya getmişdi. Bacı-qardaşıma bir müddət həmin türkin ilk xanımı baxıb. Bizim fikrimiz var idi ki, Türkiyəyə köçək və orada yaşayaq”.

Həmsöhbətimizin sözlərinə görə, Xədicə və Əli Qroznudan da Türkiyəyə gedəcəklərmiş. Səfərin məqsədi həm Türkiyədəki ögey anaları olan qadını görmək, həm də orada Xədicəyə iş tapmaq imiş.

“Türkiyəyə bacımı tək buraxmamaq üçün gedirdi. Təyyarə qəzasından 10 gün öncə danışdıq. Qəza barəsində çox gec xəbər tutdum. İşlədiyim restoranın müdriyyətinə zəng etdilər. Əvvəl inanmadım. Mənə demişdilər ki, 25-i uçacaqlar. Evdəkilərin heç birinin xəbəri yox idi. Xədicənin karyerası ilə bağlı arzuları var idi. Deyirdi, bizə burada yaşamaq çətindir. Analığı da Türkiyədə onlara yaxşı baxırdı.

Hər şeyi gözləyərdim, amma onların ölümünü gözləməzdim. Dəfinlərinə də elə getdim ki, heç kim tanımasın. Bir-birimizə söz vermişdik ki, heç kim tanışlığımızı bilməsin. Birgə üçümüzün şəkilləri var idi. Telefonum tikintidə işləyəndə sındı, hamısı getdi. Mən ölümü gözləmirdim axı”.

Kamran həlak olan yaxınlarına görə kompensasiyanın onların əmisinə deyil, ona verilməsini istəyir. Deyir ki, bu pulla bacı-qardaşına məzar daşı qoyduracaq.

“Onlara düşən kompensasiyanı almaq, bahalı məzar daşları qoydurmaq istəyirəm. Onların yolunda xərcləyəcəyəm. İndi ortalığa çox qohum çıxıb. Bir qohum desin ki, niyə onlar Türkiyəyə gedirdilər və niyə bundan heç kəsin xəbəri yox idi. Deyirlər ki, kompensasiyanı əmisinə vermək istəyirlər. Birinci dərəcəli varis mənəm. Bildirilib ki, bu məsələ araşdırılacaq”.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri