Icma.az
close
up
RU
Analitik: “Azərbaycan Türkiyə qardaşlığı diplomatik sənədlərlə deyil, qan yaddaşı ilə qurulub”

Analitik: “Azərbaycan Türkiyə qardaşlığı diplomatik sənədlərlə deyil, qan yaddaşı ilə qurulub”

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ortaq soy, dil və tarix

 

Bu birlik nə siyasi dəyişikliklərdən qorxur, nə də zamanın sınağından

 

"Can Azərbaycan iki millət, bir dövlət olan dostumuz və müttəfiqimizdir". Bunu Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz bildirib. Qonaq bildirib ki, siyasi əlaqələr çox fərqli səviyyədə olduğu kimi digər tərəfdən iqtisadi əlaqələr də ticarətdən investisiyaya qədər yüksələn xətlə davam edir: "Bu toplantılar vasitəsilə bu əlaqələrimizi necə daha da inkişaf etdirəcəyimiz barədə müzakirələr aparacağıq. Həm keçmişdə həyata keçirilən layihələri dəyərləndirəcəyik, həm də gələcəyə yönəlik fəaliyyət planımızı müəyyənləşdirəcəyik. Qarabağın işğaldan azad olunması tarixi hadisədir. 20 illik işğalın başa çatması və Qarabağın qurtuluşu şərəfinə ucaldılan Zəfər abidəsini ziyarət etdim. Ümummilli Lider Heydər Əliyev və həyat yoldaşı Zərifə xanımın məzarını, Bakı Türk Şəhidliyini ziyarət etdik, bütün şəhidləri rəhmətlə anırıq".

Baş nazir Əli Əsədov da vurğulayıb ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. O deyib ki, 2021-ci il iyun ayının 15-də Prezidentlər tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsi münasibətlərimizi müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdı: “Dövlət başçılarımız İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan şəxsi münasibətlər və sıx təmaslar strateji tərəfdaşlığımızın ardıcıl inkişafını təmin edən əsas amildir. Təkcə bu il dövlət başçıları arasında 7 qarşılıqlı səfər baş tutub və Prezidentlər eyni zamanda digər ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərdə görüşüblər. Prezident İlham Əliyev son olaraq Türkiyəyə 19 iyun tarixində səfər edib. Dövlət başçıları Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində birgə iştirak ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan isə 8 noyabrda Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan Hərbi paradda iştirak edib. Bütün bunlar siyasi dialoqumuzun yüksək səviyyədə olduğunu bir daha göstərir". Baş nazir Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyini söyləyib: “Ənənəvi olaraq beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Türk Dövlətləri Təşkilatı xüsusi qeyd edilməlidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərirlər. Bildiyiniz kimi oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşü baş tutdu və sədrlik Azərbaycana keçdi. Əminəm ki, sədrliyimiz dövründə təşkilat öz inkişafını davam etdirəcək və nüfuzunu daha da artıracaq. Yeri gəlmişkən, bu il TDT-də yeni format yaradıldı - Hökumət başçılarının/Vitse-prezidentinin görüşü. Qırğızıstanda keçirilən ilk iclasda dəyərli qardaşım Cevdet bəylə görüşümü ən xoş hisslərlə xatırlayıram. Azərbaycan 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək, Sizi bu məqsədlə də Azərbaycana dəvət etmək istərdim".

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü, siyasi şərhçi Asif Şəkərli Sherg.az-a deyib ki, Azərbaycan və Türkiyə münasibətləri klassik dövlətlərarası əlaqələr çərçivəsindən çox-çox kənara çıxır. Ekspert bildirib ki, bu bağların kökündə ortaq soy-kök, eyni etnik mənsubiyyət, dil birliyi, mədəniyyət və minilliklərə söykənən tarixi yaddaş dayanır:

"Bizim qardaşlığımız diplomatik sənədlərlə yaranmayıb. Bu münasibətlər qan yaddaşı, ortaq taleyin formalaşdırdığı milli şüur üzərində qurulub. Tarixin müxtəlif dönəmlərində Azərbaycan və Türkiyə eyni ağrıları yaşayıb, eyni təzyiqlərlə üz-üzə qalıb. Bu xalqlar bir-birini ən çətin məqamlarda tək qoymayıb. Qarabağ savaşında Türkiyənin Azərbaycanın yanında qətiyyətlə dayanması da məhz bu soy birliyinin, mənəvi qardaşlığın təzahürü idi. Bu dəstək siyasi maraqlardan yox, "can cana yaxındır" fəlsəfəsindən qaynaqlanırdı. Bu gün Türkiyə rəsmilərinin Bakıya ardıcıl səfərləri, verilən mesajlar bir daha göstərir ki, bu birlik situasiyaya bağlı deyil. Bu, ortaq gələcək anlayışına əsaslanan, genetik yaddaşla möhkəmlənmiş bir ittifaqdır. Hakimiyyətlər dəyişə, siyasi konyuktura fərqli şəkil ala bilər, amma xalqların qardaşlığı dəyişməz qalır. Məhz buna görə də Azərbaycan-Türkiyə münasibətləri regionda unikal xarakter daşıyır. Bu əlaqələr gücə söykənən ittifaqdan daha çox, eyni kökdən gələn iki xalqın təbii birliyidir. Bu birlik nəinki bu günün, həm də gələcək nəsillərin təhlükəsizliyi, rifahı və milli varlığının əsas təminatıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri