Icma.az
close
up
RU
Analitik: Bəzi dövlətlər Azərbaycan İsrail əməkdaşlığına qısqanclıqla yanaşır

Analitik: Bəzi dövlətlər Azərbaycan İsrail əməkdaşlığına qısqanclıqla yanaşır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Regional diplomatiyada son aylarda artan qarşılıqlı səfərlər və siyasi dialoq Cənubi Qafqazda əməkdaşlıq formatlarının daha aktiv mərhələyə keçdiyini göstərir. Dövlətlər arasında əlaqələrin genişlənməsi həm iqtisadi maraqlara, həm də təhlükəsizlik mühitinin sabitləşməsinə xidmət edir. Bu çərçivədə İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfər etməyi planlaşdırması iki ölkə arasında siyasi, iqtisadi və turizm sahələrində artan dinamikanın növbəti göstəricisi kimi qiymətləndirilir. Rəsmi açıqlamalara əsasən, tərəflər regional proseslər, o cümlədən təhlükəsizlik məsələləri ətrafında dialoqu davam etdirir və mövcud əməkdaşlıq xəttini daha da möhkəmləndirməyə maraqlı görünür.

Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Azərbaycanla İsrail arasında iqtisadi və siyasi münasibətlərin bu gün yüksək səviyyədə olduğunu söyləyib: 

"Azərbaycan xarici siyasət doktrinası qarşılıqlı əməkdaşlığı heç bir üçüncü dövlətin əleyhinə yönəlmiş addım kimi qəbul etmir. Buna görə də Azərbaycan-İsrail əməkdaşlığı nə İranın, nə Ermənistanın, nə Gürcüstanın, nə də Rusiyanın maraqlarına zidd addım hesab oluna bilməz. Bu əməkdaşlığın inkişafı hər iki ölkənin milli maraqlarına uyğun gəlir. 44 günlük Vətən müharibəsi zamanı İsrailin Azərbaycana mənəvi və siyasi dəstəyi ölkələr arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Hazırda da bu əməkdaşlıq beynəlxalq hüquq çərçivəsində genişlənməkdədir. Bununla yanaşı, yəhudi lobbisinin dünya siyasətində ciddi təsir imkanlarına malik olması Azərbaycan diasporası ilə həmin lobbi arasında əlaqələrin qurulmasını ölkəmizin dövlət maraqları baxımından faydalıdır. Hər bir ölkə kimi Azərbaycan da öz milli maraqlarını prioritet hesab edir. İsrail rəsmilərinin ölkəmizə səfəri də iki dövlət arasında iqtisadi və siyasi əlaqələrin inkişafına xidmət edən addımdır və üçüncü tərəflərə qarşı yönəlməyib. Azərbaycanın çoxmillətli və tolerant cəmiyyətə malik olması, ölkədə yaşayan yəhudi mənşəli vətəndaşların bərabər hüquqlara sahib olması bu münasibətlərin daha sağlam əsasda formalaşmasına şərait yaradır".

Analitik bəzi dövlətlərin Azərbaycanla İsrail arasındakı əməkdaşlığa qısqanclıqla yanaşdığını bildirib:

"Ümumi nəticə budur ki, Azərbaycan-İsrail əlaqələri beynəlxalq hüquqa uyğun şəkildə qurulub. Azərbaycan Qəzza və Fələstin məsələlərinə beynəlxalq hüquq çərçivəsində baxılması üçün İsrailə çağırışlar edib. Bu, tamamilə normal və diplomatik praktikanın tələblərinə uyğun mövqedir. İsrail rəsmilərinin Azərbaycana səfərləri də adi diplomatik proses kimi qəbul olunmalıdır və kənar tərəflər buna qısqanclıqla yanaşmamalıdırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Noyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri