Icma.az
close
up
RU
Analitik Ekspertiza Mərkəzi: İnternet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə olunmur

Analitik Ekspertiza Mərkəzi: İnternet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə olunmur

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

“Dərman vasitələri haqqında” qanunvericiliyə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb, istifadə etməlidirlər.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

Qeyd edilib ki, həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə olunmur. Çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə olunmayan dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər. Yalnız dərman vasitələrinin pərakəndə satışı əczaçılıq fəaliyyətinə lisenziyası olan apteklərin rəsmi internet səhifəsindən dərman vasitələri sifariş oluna bilər. Bu zaman dərman vasitələrinin çatdırılması müvafiq saxlanma və daşınma şərtlərinə ciddi riayət edilməklə həyata keçirilməlidir: “Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə “Elektron Resept Sistemi” bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Səhiyyə Nazirliyi tərəfindən hazırlanan bu sistem tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edərək, qeydiyyatsız, keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman vasitələrinin dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir”.

Həmçinin vurğulanıb ki, dərman vasitələrinin dövriyyəsi zamanı reklam haqqında qanunvericiliyin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə uyğun cəza tədbirləri nəzərdə tutulub. Belə ki, 428.4-cü maddədə bildirilir ki, həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 500, hüquqi şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə cərimə edilirlər. 428.4-1-ci maddənin tələbinə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500, vəzifəli şəxslər 800 manatdan 1000, hüquqi şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə cərimə edilirlər.

AEM vətəndaşlara tövsiyə edir ki, onlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda mərkəzin “Bir pəncərə” sektoru, Qaynar xətt - (012) 596 05 20, elektron poçt ([email protected]) və veb-sayt (www.pharma.az) vasitəsilə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.

Mövzu ilə bağlı hazırlanmış materialla daha ətraflı linkdə tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri