Icma.az
close
up
RU
Analitik: Hizbullahın tərksilah olunması real görünmür

Analitik: Hizbullahın tərksilah olunması real görünmür

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Çünki görünməyən əllər hələ də təşkilatın varlığını qorumağa çalışacaq


Rusiya, öz maraqlarını qorumaq üçün, İran vasitəsilə Hizbullaha dolayı dəstək göstərə bilər


Livan hökuməti bu gün Hizbullahın tərksilah olunması ilə bağlı planı müzakirə edəcək.

Qeyd edək ki, ötən ay hökumət Hizbullahın ilin sonuna qədər silahlarını təhvil verməsi barədə əmr verib. Bu qərar həm daxili siyasi təzyiqlər, həm də beynəlxalq çağırışlar fonunda qəbul edilib.

Təşkilat isə mütəmadi olaraq silahlarını təhvil verməyəcəyini bəyan edib. Hizbullah rəhbərliyi silahlanmanı “milli müqavimətin əsas dayağı” adlandırır və bu addımı İsrailin bölgədəki mövcudluğu ilə əlaqələndirir. Onların fikrincə, Livanın təhlükəsizliyi yalnız ordunun deyil, həm də müqavimət hərəkatının gücü ilə qorunur.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsi hələ 2004-cü ildən Livandakı bütün qeyri-dövlət silahlı qrupların tərksilah olunmasını tələb edir. ABŞ və Avropa İttifaqı da dəfələrlə Hizbullahı terror təşkilatı kimi tanıyaraq Beyruta təzyiq göstərib.

Ümumiyyətlə Hizbullahın tərksilah olunması həyata keçərsə, Livanın daxili sabitliyi və beynəlxalq imici üçün mühüm dönüş nöqtəsi ola bilər.


Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a deyib ki, Hizbullahın tərksilah olunması məsələsi yarandığı ilk gündən daim gündəmdə olub:


"Bu mövzuya dəfələrlə həm Livan hökuməti, həm də xarici dairələr tərəfindən qayıdılıb. Hizbullah isə yaranandan az müddət sonra bir sıra ölkələr, xüsusilə Qərb dövlətləri tərəfindən terror təşkilatı elan edilib. Bu, onun legitimliyini şübhə altına qoydu və qeyri-qanuni bir çərçivəyə saldı. Bununla belə, təşkilat hələ də Livanda fəaliyyətini davam etdirir. Hətta Bəşər Əsəd dövründə Suriyada möhkəmləndi, Fələstinlə də müəyyən addımlar atdı.

Bir müddət sonra Hizbullahın fəaliyyəti yalnız Livanla məhdudlaşmadı, daha geniş miqyas aldı. Lakin Suriyada yeni reallıqların formalaşması ilə onun təsiri zəiflədi. İsrailin hərbi əməliyyatlarından sonra Qəzza və Fələstin istiqamətindəki fəaliyyəti də əvvəlki gücünü itirdi və daha çox formal xarakter aldı. İrandan İraq və Suriya vasitəsilə Livana uzanan dəstəyin qarşısı alınandan və Tehran maddi-texniki yardımda çətinliklər yaşayandan sonra Hizbullahın zəiflədiyi açıq şəkildə göründü. Əvvəldən də bəlli idi ki, bu proses təşkilat üçün problemlər yaradacaq. Lakin bu, onun tam tərksilahı və ya fəaliyyətinin dayandırılması ilə nəticələnəcəkmi – hələ də sual altındadır".


Analitik əlavə edib ki, İran tərksilah prosesinə mane olmağa çalışacaq:

"Çünki rəsmi Tehran onun regional siyasətində əsas proksi qüvvədir və maraqları üst-üstə düşür. Bununla belə, İranın da imkanları məhduddur. Son illərdə o, ciddi itkilərlə üzləşib: yaxın müttəfiqlərindən biri olan Bəşər Əsədi itirdi, husilərə ağır zərbələr vuruldu, həmçinin öz daxili potensialının səfərbər edilməsində də çətinliklər yaşadı. Nəticədə Tehran Hizbullaha əvvəlki kimi geniş dəstək verə bilmir, yardımlar həm kəmiyyət, həm də keyfiyyət baxımından azalıb. Burada Rusiya faktoru da ön plana çıxa bilər. İran bu məsələdə Moskvanın dəstəyinə ümid edəcək. Çünki Rusiya bölgədə proseslərin yalnız İsrail və Türkiyənin maraqları naminə dəyişməsini istəmir. Hizbullahın mövcudluğu İsrailin milli təhlükəsizliyinə təhdid olduğu kimi, Türkiyənin bölgədə qurmaq istədiyi sabitlik üçün də arzuolunmazdır. Buna görə də Rusiya, öz maraqlarını qorumaq üçün, İran vasitəsilə Hizbullaha dolayı dəstək göstərə bilər".


Həşim Səhrablının sözlərinə görə, yaxın perspektivdə Hizbullahın tamamilə tərksilah olunmasından danışmaq real görünmür:

"Çünki görünməyən əllər hələ də təşkilatın varlığını qorumağa çalışacaq. Bununla yanaşı, rəsmi qərarlar səviyyəsində Hizbullahın fəaliyyəti və hətta ləğvi məsələsi gündəmdə qalacaq, mərhələli şəkildə yeni addımlar atılacaq. Yaxın Şərqdə geosiyasi reallıqlar formalaşdıqca bu istiqamətdə də irəliləyişlər ola bilər. Amma yaxın müddətdə Hizbullah öz varlığını qoruyacaq və bütün maneələrə baxmayaraq üzvləri sona qədər mübarizəni davam etdirəcəklər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri