Icma.az
close
up
RU
Analitik: Razılaşmanın Türkiyədə əldə olunması mümkündür

Analitik: Razılaşmanın Türkiyədə əldə olunması mümkündür

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ərdoğanın səylərini həm Rusiya, həm də Ukrayna yüksək qiymətləndirir

Rusiya-Ukrayna müharibəsinin gedişatı fonunda bölgədə diplomatik fəallıq yenidən artıb. Xüsusilə də Türkiyənin vasitəçilik səyləri son həftələr beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ankara həm Moskva, həm də Kiyev ilə dialoqu davam etdirən nadir aktorlardan biri olaraq, münaqişənin siyasi yolla həlli üçün mümkün platforma kimi ön plana çıxır. Regiondakı dəyişən təhlükəsizlik balansı, Qərbin sülh təşəbbüsləri və tərəflər arasında artan diplomatik əlaqələr Türkiyənin rolunu daha da gücləndirir. Məhz bu kontekstdə Putin və Ərdoğan arasında keçirilən son telefon danışığı da münaqişənin gələcək istiqamətləri baxımından xüsusi diqqət çəkir.

Qeyd edək ki, ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlarda Vaşinqtonun təqdim etdiyi 28 maddəlik tənzimləmə planının böyük hissəsi üzrə razılığa gəlib.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Türkiyə formatının kifayət qədər uğurlu hesab olunduğunu söyləyib:

"Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında əsas müzakirə mövzusu, şübhəsiz ki, Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində atılan addımlar olub. Son zamanlar bu məsələ xüsusilə geniş şəkildə müzakirə edilir. Bunun səbəbi ABŞ prezidenti Donald Trampın təklif etdiyi 28 maddəlik sülh planıdır. Bu sülh planı çərçivəsində müxtəlif dövlətlər fərqli fikirlər irəli sürür və fərqli analizlər aparırlar. Avropa İttifaqı da həmin planın müxtəlif istiqamətlərinin işlənib hazırlanacağı barədə bəyanat verib, bununla bağlı müəyyən addımlar atır. Eyni zamanda Rusiyadan da məsələ ilə bağlı fərqli fikirlər səslənir. Bildirilir ki, planın müəyyən dərəcədə dəyişdirilməsinə ehtiyac var. Ümumilikdə isə Türkiyə formatı kifayət qədər uğurlu hesab olunur. Ankara münaqişənin həllində ən fəal və təsirli vasitəçilik edən ölkələrdən biridir. Son zamanlar Türkiyənin bu istiqamətdəki mövqeyi daha da qabarıq şəkildə özünü göstərir. Əvvəllər də Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün mühüm addımlar atıb. Xüsusilə taxıl sazişinin əldə olunması və əsirlərin dəyişdirilməsi barədə razılıqlar İstanbul formatının effektivliyini göstərib".

Politoloq bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etdiyini xatırladıb:

"Ehtimal olunur ki, Ərdoğan bu səfər çərçivəsində aparılan danışıqlar barədə Putini də məlumatlandıracaq. Artıq düşünürəm ki, tərəflər arasında danışıqların aparılması və razılaşmanın əldə olunması üçün ən əlverişli ölkə Türkiyədir. Böyük ehtimalla razılaşmanın Türkiyədə əldə olunması mümkündür. Münaqişənin dayandırılması istiqamətində Ərdoğanın səylərini həm Rusiya, həm də Ukrayna yüksək qiymətləndirir. Bu baxımdan yaxın gələcəkdə həm Ukrayna, həm də Rusiya rəhbərlərinin Türkiyə rəhbərliyi ilə təmaslarının artacağını proqnozlaşdırmaq olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri